Gənc məhbuslarla görüş keçirilib

https://azertag.az/xeber/genc_mehbuslarla_gorus_kechirilib-3578143

 Gənc məhbuslarla görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərəfdaşlığı və “Rezonans” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” adlı yeni layihənin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində icra olunan layihə cəzaçəkmə müəssisəsində olan gənc məhkumların müxtəlif istehsalat sahələri üzrə peşə hazırlığının dəstəklənməsini, bu istiqamətdə rəqəmsal platformanın yaradılmasını və onların əməyə cəlb olunması vasitəsilə rifahının gücləndirilməsini nəzərdə tutur.

6 saylı cəzaçəkmə müəssisəsində keçirilən ilk tədbirdə Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, müəssisənin təlim-tərbiyə işləri üzrə rəis müavini, polkovnik-leytenant Nurlan Mirzəyev, Penitensiar xidmətin məsul əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən O. Qəhrəmanzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq insan kapitalının inkişafı və sosial ədalət prinsipinə əsaslanan bu layihə gənc məhkumların reabilitasiyası istiqamətində atılan məqsədyönlü və sistemli tədbirlər çərçivəsində dəstəklənib. Vurğulanıb ki, dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq Gənclər Fondu tərəfindən cəmiyyətin bütün təbəqələrindən olan gənclərin rifahının gücləndirilməsi və potensialının artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Nurlan Mirzəyev və “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli də çıxış edərək layihənin mahiyyəti, xüsusilə risk qrupuna aid gənclərin tərbiyəsindəki rolu və layihənin davamlılığının vacibliyi barədə fikirlərini bölüşüblər. Layihənin eksperti Əhməd Abbasbəyli isə “Məhkum gənclərin reabilitasiyası prosesində əməyə cəlb olunma və peşə hazırlığı: Qanunvericiliyin tələbləri” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçılar müəssisədə mövcud tədris və emalatxana şəraiti ilə tanış olub, məhkum gənclərlə interaktiv fikir mübadiləsi aparıblar.

“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə « Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə » layihəsini həyata keçirir.

     “Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə  « Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə » layihəsini həyata keçirir.     .

   01 Aprel 2025-ci il tarixdən etibarən «“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə  «Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə» layihəsini həyata keçirir.   Lahiyə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.

   Layihənin məqsədi məhz məhkum gənclərin rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə özünün və müəyyən dərəcədə də ailə üzvlərinin maddi təminatını ödəmək, əmək vətdişlərinə yiyələnmək, sosiollaşma və peşə hazırlığı  kimi məsələlərin həllində, beləliklə də onun reabilitasiyası və gələcəkdə də adaptasiyasını şərtləndirmək və bu proseslərin müxtəlif rəqəmsal platformalarda yaymaqdır.

   Bu layihə çərçivəsində ilk tədbir 23.05.2025-ci il tarxində 6 saylı cəzaçəkmə müəssisəsində (CÇM) baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, 6 saylı Cəzaçəkmə Müəssisəsi təlim-tərbiyə işləri üzrə müavini, polkovnik-leytenant Nurlan Mirzəyev,  Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məsul şəxsləri və s. iştirak etmişlər. Tədbirdə açılış nitqi ilə çıxış edən   Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri O. Qəhrəmanzadə Fondun fəaliyyəti, missiyası, həyat keçirilən layihələr barədə məlumat vermişdir. Həmçinin digər natiqlər də 6 saylı CŞM-nin rəis müavini N. Mirzəyev, və “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbabsəyli çıxış edərək, layihənin mahiyyəti, onun bir innovativ təşəbbüs olaraq gənclərin, xüsusilə risk qrupuna aid olanların tərbiyəsində  əhəmiyyətindən və bu fəaliyyətin davamlı olması vacibliyindən danışmışlar. Sonra, layihənin eksperti Əhməd Abbasbəyli  «Məhkum gənclərin reabilitasiyası prosesində əməyə cəlb edilmə, peşə hazırlığı ilə bağlı fəaliyyətin rolu: Qanunvericiliyin tələbləri» mövzusunda ətraflı məlumat vermişdir. Tədbrirn sonunda məhkumların mövzu ilə bağlı fikirləri dinlənilmiş və çoxsaylı sulları cavablandırlmışdır.

***

Prezident seçkiləri ilə əlaqədar “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edilib

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edilib.

AYNA xəbər verir ki, bu tarixi siyasi hadisənin ölkənin həyatında rolunu, beynəlxaql nüfuzuna təsirini nəzərə alaraq, keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədi ilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar – “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyi seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq üçün dekabrın 21-də yeni müstəqil və tərəfsiz Koalisiya – “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Kolasiyanın qeydiyyata alınması üçün müvafiq sənədlər artıq Mərkəzi Seçki Komissiyaaına (MSK)təqdim edilib.

“Sivil Toplum” Monitorinq Koalisiyası rəsmi qeydiyyata alındıqdan sonra, digər QHT-lərlə sıx əməkdaşlıq edərək, geniş müşahidəçilər komandası ilə fəaliyyətə başlayacaq.