Kategori arşivi: Ana səhifə
Yəməndə 36 nəfər dünyasını dəyişdi
Yəməndə 36 nəfər dünyasını dəyişdi
Silahlı insident zamanı 36 nəfər dünyasını dəyişib.
Yəməndə silahlı insident baş verib. Hadisə zamanı 36 nəfər dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Taiz şəhərində Husilərlə Xalq Müqavimət Hərəkatı fəalları arasında baş verən silahlı qarşudurma zamanı ölənlərdən 28-i Husi ordusunun, 8-i isə Müqavimət Hərəkatının üzvüdür.
Baş verən atışmalar zamanı 41 Husi hərbçisinin yaralandığı bildirildi. Müqavimət hərəkatının isə 23 üzvü xəstəxanalıq olub.
Türk mətbuatının xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarələrlə təşkil etdiyi hava hücumu zamanı Yəməndə Əl-Qaidənin 5 üzvü öldürülüb.
Bundan əvvəl də, Yəmənin cənub qərbində yerləşən Taiz şəhərinə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində 43 nəfər dünyasını dəyişmiş 50 nəfər xəsarət almışdı. Bu barədə məlumatı Husilərin əllərinə keçirdikləri SABA media şirkəti yaymışdı.
Mayın 17-si Yəməndə hökümət qüvvələri ilə Husilər arasında toqquşmalar baş vermiş,nəticədə 12 nəfərin ölmüş, onlarla insanın yaralanmışdı.
İŞİD komandanı əsir düşdü, Azad Suriya Ordusu İŞİD-in təxribatının qarşısını aldı
Suriyanın Kobani şəhərinə hücum edən İŞİD terror qruplaşması ağır zərbə alıb.
ANS PRESS-in məlumatına görə, Kobaninin müdafiəsinə cəlb olunmuş Azad Suriya Ordusunun əsgərləri İŞİD-in şərq cəbhəsinin komandirini əsir götürüblər.
Kobanidəki yerli fəal Murad Əbu Rəşad verdiyi açıqlamada bildirb ki, Azad Suriya Ordusunun “Şəms əl Şemel” qrupu Kobanidə təxribat törətmək istəyən 11 İŞİD üzvünü fərq edib.
Onlarla döyüşdə İŞİD-in şərq cəbhə komandirinin əsir alındığını vurğulayan Murad Əbu Rəşad peşmərgələrin də terror təşkilatına istiqamətli hücumlarını artırdığını bildirib.
Onun sözlərinə görə, Kobanidə günbəgün gərginlik azalır.
İŞİD komandanın adı isə açıqlanmır. (anspress)
Məmuru zibil çəninə atdılar “Zibil çənləri inqilabı”nın növbəti qurbanı Viktoriya Qojiy olub
Məmuru zibil çəninə atdılar
“Zibil çənləri inqilabı”nın növbəti qurbanı Viktoriya Qojiy olub
nternetdə Dnepropetrovskda Ukrayna radikal aktivistlərin qadın məmuru necə zibil konteynerinə atdığı video yayılıb.
ANS PRESS-in məlumatına görə, “zibil çənləri inqilabı”nın növbəti qurbanı Viktoriya Qojiy olub. Aksiyanın iştirakçılarının qışqırıqlarına əsasən, şəhər şurası icraiyyə komitəsinin hüquq idarəsinin müdiri Viktoriya korrupsiyada ittiham edirlər.
Kadrlarda görünür ki, qəzəblənmiş camaat məmuru mühasirəyə alır. Qojiy zibil qabının yanına gətirib, güclə onun içinə salırlar. Bu halda camaat qadının ünvanına bərkdən təhqirlər qışqırır.
Bu və ya digər vəzifəli şəxslərin iyustrasiyasi tələbiylə aksiyalar payız boyu bütün ölkə üzrə davam edir. (anspress.com)