«Ermənistan sivil dünya qarşısında cavab verməlidir»-BƏYANAT

«Rezonans» Gənclərin Ictimаi Birliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı etiraz bəyanat yayıb. Bəyanatda deyilir:

“2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər məqsədyönlü şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.

Beynəlxalq birlik, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlədnirilməlidir.

“Rezonans” Gənclərin İctimai Birliyi olan gənclər adından bəyan ediirk ki, Ermənistan Respublikası Azərbaycana qarşı davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. 2017-ci il 4 iyulda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Allahverdiyeva Sahibənin Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsinə həlak olması Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan daha bir cinayətdir. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyətə görə müvafiq sanksiyalara məruz qalmalı, sivil dünya qarşısında cavab verməlidir.

Biz Azərbaycan gəncləri dərin təəssüf hissi ilə bəyan edirik ki, Ermənistanın davamlı olaraq Azərbaycan Respublikasının dinc əhalisnə qarşı törətdiyi bu cür terror aktlarına adekvat qiymət verilmədiyindən bu siyasət məqsədyönlü şəkildə 25 ildir ki, ermənilər tərəfindən davam etdirilir.

Azərbaycan gəncləri adından bir daha beynəlxalq birliyi və beynəlxalq təşkilatları Ermənistan Respublikası və onun rəhbər şəxslərinin bu cinayətlar əməllərinə hüquqi-siyasi qiymət verilməsinə, Ermənistanın təcüvüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasına, dinc sakinlərin, yaşlı insanların və uşaqların məqsədöyünlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”.

Kiv kategorisine gönderildi

İctimai iştirakçılıqla bağlı müzakirələr keçirilib

Untitled

Untitled2

Ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər

BAKI, 24 noy — Sputnik. “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi, “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində tədbirlər davam edir. Bu sırada, 24 noyabr tarixində Bakı şəhəri Yasamal rayonunda tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Tədbirdə, layihə çərçivəsində hazırlanmış video-çarx da nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb, kitabxanaya hədiyyə edilib. Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında qanun”un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək məqsədi ilə həyata keçirilir. Məqsədlərə ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşkilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtmək, ümumi səyləri birləşdirərək birgə fəаliyyətə nаil оlmаq və fəаliyyətin еffеktivliyini аrtırmаq da daxildir.

Kiv kategorisine gönderildi

Açıq hökumət prinsiplərinin perspektivləri

Untitled2

Untitled

“Bu proses özündə aydın bir strategiyaya uyğun olan dəqiq addımları müəyyənləşdirir”Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir. Artıq korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb. Bu ilin aprelində Prezident İlham
Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir.
Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnu tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşlarında bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effekti və əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.
Ekspertlər qeyd edirlər ki, yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən, şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlbolunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək. Bu Planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asıl olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlanması, müvafiq dövlət qurumlarının müstəqil dəyərlərini təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılmasına yardım göstərməsi çox mühümdür.

“Hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir”
Adıçəkilən sənədin hazırlanmasında iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetimizə bu işlərin fasiləsiz bir proses olduğunu bildirdi. Onun fikrincə, bu, o deməkdir ki, korrupsiyaya qarşı mübarizə formal xarakter daşımır: “Eyni zamanda bu proses özündə aydın bir strategiyaya uyğun olan dəqiq addımları müəyyənləşdirir. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin həyat keçirilməsi korrupsiyanı məhdudlaşdırır”.
Ə.Nuriyev korrupsiyaya qarşı mübarizənin bütövlükdə cəmiyyət üçün hesablandığını vurğuladı: “Bunlar iqtisadi münasibətlərin daha da gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli formada müdafiə edilməsinə yönələn addımlardır. Çünki hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir. Bu sərəncamlar da birbaşa məhz bu proseslərin həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən də bu fəaliyyət planları onu sübut edir ki, korrupsiyaya qarşı mübarizə və hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması ölkənin davamlı olan prioritetləridir”.
Fond rəhbərinin fikrincə, bu fəaliyyət planı əvvəlkinə nisbətən daha konkret və təkmildir: “Burada daha aydın indiqatorlar müəyyənləşdirlilib. Eyni zamanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində ardıcıllıq var”.
Onun sözlərinə görə, burada həm də məqsəd korrupsiyaya qarşı mübarizədə təkcə dövlət orqanlarının yox, cəmiyyətin bütün seqmentlərinin fəaliyyət göstərməsidir. Ə.Nuriyev bildirdi ki, burada cəmiyyəti düşündürən məsələlər üzərində tədbirlər fokuslaşıb: “Əslində, bu ona gətirib çıxarır ki, həm dövlət orqanlarının fəaliyyətinin xeyli dərəcədə səmərələşdirilməsi prosesi davam edəcək, həm də modern idarəetmə porsesinə keçid daha da sürətlənəcək. Həmçinin korrupsiyanın da səviyəsinin məhdudlaşdırılmasının bunda nəticəsini görəcəyik”.

“İctimai şuralar dövlət orqanlarına inam və etimadı artıracaq”
Fəaliyyət Planında nəzərdə tutulmuş əsas məsələlərdən biri də İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsidir. Ə.Nuriyev dedi ki, İctimai şuraların yaradılmasını təmin edən “İctimai iştirakçılıq haqqında” qanun hazırlanarkən beynəlxalq təcrübə və milli qanunvericilik öyrənilib: “Əsas məqsəd İctimai şuraların yaradılması prosesini sürətləndirmək idi. Bütün bunlar ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması üçün idi. Baxmayaraq ki, Azərbaycanda 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət göstərir. Çox təəssüf ki, bunlardan çox az bir qismində İctimai şuralar yaradılıb. Halbuki, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunun icrası ilə bağlı məsələlərdə bir tapşırıq olaraq göstərilib ki, mərkəzi, yerli və yerli özünüidarəetmə orqanları yanında İctimai şuralar yaradılsın. Həmin qanunun icrasına da birbaşa nəzarəti cənab Prezident öz üzərinə götürüb. Bu da qanuna ölkə başçısının xüsusi önəm verməsini göstərir. Ölkə başçısı hər zaman qeyd edib ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarətin gücləndirilməsinin ən vacib elementlərindən bir odur ki, vətəndaş cəmiyyəti institutları qərar qəbuletmə prosesində iştirak etsinlər. Bu, həm şəffaflıq və hesabatlılığın artırılmasına gətirib çıxaracaq, həm də bütövlükdə effektli idarəetməyə səmərəli töhfələr verəcək. Ümumiyyətlə, dövlət orqanlarına inam və etimadı artıracaq”.

Fuad Hüseynzadə

“Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.

Kiv kategorisine gönderildi