«Rezonans» Gənclərin Ictimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi « Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməs» layihəsi çərçivəsində tədbirlər davam edir
«Rezonans» Gənclərin Ictimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi ” Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməs ” layihəsi çərçivəsində Bakı şəhəri Səbail və Yasamal rayonlarında, Quba, Qusar şəhərlərində tədbir keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilmişdir. Həmçinin CD və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir
Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında qanunun” tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilib.
Media üçün əlaqə nömrəsi:
Union Public Association “Resonance” | Baku, Azerbaijan
Tel: (+99 412) 511-38-21 | fax: (+ 99 412) 511-38-21 | e-mail: rezonans-ypu@mail.ru |