600 min ev işıqsız qaldı

600 min ev işıqsız qaldı

ABŞ-da güclü qasırğa nəticəsində 600 min ev işıqsız qalıb

Miçiqan və İllinoysda güclü qasırğa nəticəsində elektrik stansiyaları söndürülüb və 600 mindən çox ev elektrik enerjisiz qalıb.

ANS PRESS-in məlumatına görə, artıq qasırğanın ilk qurbanları var. Bir qadın ayağına ağacın düşməsi nəticəsində xəsarət alaraq dünyasını dəyişib. Bundan əlavə xəbər verilir ki, eyni zamanda bir kişi də bu cür həyatını itirib.

Elektrik enerjisi şirkətlərinin nümayəndələri qasırğanın gətirdiyi problemlərin aradan qaldırılması üçün sutkalıq rejimdə işlədiklərini bildiriblər. (anspress.com)