«Rezonans» Gənclərin İctimаi Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Cəza intiqam deyil, cəza tədbiridir” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir avqust ayının 27-də 10 saylı Cəza Çəkmə Müəssisəsində keçirilib. Layihənin məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. CÇM-nin əməkdaşlarının da iştirakı ilə keçirilən tədbirdə məhkumlar üçün mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə hüquqşünas Azərbaycan Respublikası Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev mövzu ilə əlaqədar ətraflı çıxış edib. Sonra məhkumların sualları cavablandırılıb, azadlığa çıxdıqdan sonra məhkumların sosial reabilitasiyası ilə bağlı qanunvericiliyin tələbləri haqqında məlumatlar diqqətə çatdırılıb. Layihə çərçivəsində mövzu əlaqədar çap edilmiş kitab və buklet həm CÇM-ə təqdim edilib və iştirakçılar arasında paylanıb.