«Rezonans» Gənclərin Ictimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Cəza intiqam deyil, cəza tədbiridir” layihəsini həyata keçirir
BayMedia-nın məlumatına görə, layihə çərçivəsində tədbir avqust ayının 4-də 4 saylı Cəza Çəkmə Müəssisəsində keçirilib. Layihənin məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışıyla mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir.
CÇM-nin əməkdaşları da iştirakı ilə keçirilən tədbirdə məhkumlar üçün mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Məhkumların sualları cavablandırlıb, azadlıağa çxıdıqdan sonra məhkumların sosial reabilitasiyası ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Layihə çərçivəsində mövzu ilə əlaqədar çap edilmiş kitab və buklet həm CÇM-ə təqdim edilmiş və iştirakçılar arasında paylanıb.