ABŞ-dan 1,8 milyardlıq silah satışı

ABŞ-dan 1,8 milyardlıq silah satışı

ABŞ-nin Səudiyyəyə 1,8 milyard dollarlıq “Patriot” raket əleyhinə kompleksləri.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına zenit-raket kompleksləri (ZRK) Zvekşe-lərə reket əleyhinə qurğuların çatdırılmasına razılıq verib.

ANS PRESS-in məlumatlna görə, bu barədə çərşənbə günü Pentaqonun təhlükəsizlik üzrə əməldaşlıq Agentliyi xəbər verib. Bu qurum dövlətlərarası müqavilələrə əsasən hərbi texnika və silahların xaricə çatdırılması, Vaşinqtonun xarici müttəfiqlərinə maddi və texniki dəstəyin verilməsinə baxır.

Burda isə söhbət həmin ZRK-lara 202 raket, eləcədə komplekslərin modernləşməsi üçün lazım olan avadanlıq və hissələrin çatdırılmasından gedir.

Müqavilənin tam qiyməti 1,75 milyard dollara bərabərdir.

Lakin Agentlik bildirir ki, “Təklif olunan razılaşma bölgədə güclərin hərbi balansını dəyişməyəcək”.

Qeyd edək ki, milli qanunvericiliyə əsasən ABŞ Konqresinin Səudiyyə Ərərbistanl ilə müqavilənin araşdırılması və mümkün ləğvi üçün 30 gün vaxtı var.