Jurnalistlər üçün müsabiqə

rezonans2

“Rezonans”  Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda gəncnəslin vətənpərlik ruhunun yüksəldilməsi istuiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmaq məqəsdi ilə məqalə müsabiqəsi elan edir:

Müsabiqənin şərtləri:
• Məqalələr gənc nəslin vətənpərlik ruhunun yüksəldilməsi istuiqamətində dövlətimizin həyata keçirdiyi siyasət, keçmiş hərbçilərin, еhtiyаtdа оlаn zаbitləri, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması, bu prosesdə gənclərin fəallığının artırılması və veteranlarla gənclərin ünsiyyətinə şəraitin yaradılması, bu fəaliyyətin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəldilməsi mövzularından birini əhatə etməli;
• Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;
• Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir:  ”Bu  yazı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Rezonans”  Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Onları unutmayaq ki, sabahımıza zəfər tarixi yazaq!” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
• Yalnız mətbuatda dərc olunmuş və ya  İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli,  məqalə  İnternet  media portalında yerləşdirilibsə,  həmin portalın adı və əlaqədar linkin  tam  adı rezonans-ypu@mail.ru  elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 15 noyabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra,  1dekabr tarixdə açıqlanacaq.  Müsabiqənin qalibləri hədiyyələrlə mükafatlandırılacaq.