Məhkumlar maarifləndirilir

«Rezonans» Gənclərin İctimаi Birliyinin Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Keçmiş məhkunların cəmiyyətə sosial adaptasiyası” layihəsi çərçivəsində Bakı şəhərində 4 saylı Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib. Tədbirdə ekpertlər mövzu ilə məruzə etmiş, bu sahədə mövcud qanunverilciyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat kitabı” və bukletlər paylanmış və CÇM-nin kitabxanasına hədiyyə edilib.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiqamətində fəaliyyət həyata keçiriləcək.