“Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək” layihəsi çərçivəsində
tədqiqat işi

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, Fəaliyyət Planın 5.1. “Açıq Hökumət rinsiplərinə müvafiq olaraq vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılması”, 5.4. “Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi” və 5.5. “İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” müddəalarının, həmçinin “İctimai iştirakçılıq haqqında qanunun” tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаqdır.

Dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” ilə müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda bu istiqamətdə konkret tədbirlər nəzərdə tutulmuşdur.
“İctimai iştirakçılıq haqqında” qanuna əsasən, dövlət orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarətini təmin etmək üçün mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanlarının yanında ictimai şuraların yaradılması bugün üçün ən aktual məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında ictimai şuraların yaradılması məcburidir. Hətta əvvəllər əksər mərkəzi dövlət orqanlarının yanında yaradılan ictimai şuralar bu qanuna uyğunlaşdırılır. Qeyd edildiyi kimi “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.4 və 5.5. bəndləri məxsusi olaraq məhz bu sahəyə aid tədbirlər nəzərdə tutur.Fəaliyyət planında ictimai iştirakçılığın vacib elementləri kimi ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi kimi tədbirlər əks olunur. Bütün bunları həyata keçirilməklə Azərbaycanın demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə keçidinə şərait yaradır.

Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu ölkə Prezidenti, cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib.

Müvafiq qanunun qüvvəyə minməsindən kifayət qədər vaxt keçib və Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılıb. Lakin, ilkin araşdırmalarımız zamanı aydın olub ki, Azərbaycanda 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanının çox təəssüf ki, yalnız 6-7-də və yerli icra hakimiyyəti orqanlarının isə cəmi 2-də ictimai şuralar yaradılmışdır və fəaliyyət göstərir.

Bu layihə ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək üçün təbliğat, təşviqat kompaniyası həyata keçirməyi nəzərdə tutur. Bu fəaliyyət regionlarda strukturlar, bələdiyyələr və ictimai təşkilatlar arasında əməkdaşlığın qurulmasına, yerlərdə maarifləndirmənin həyata keçirilməsinə, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılmasına yardım etməklə regionların ümumi inkişafına təsir etmiş olacaq. Bu əməkdaşlıq həm də yerlərdə QHT-lərin nüfuzunun artmasına, onların inkişafına təkan verəcək.

Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən «Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək» layihəsi çərçivəsində aparılıb.

Metodologiya

Sosoiloji-tədqiqat işi özündə aşağıdakı fəaliyyətləri birləşdirib;

  • – Layihənin həyata keçiirildiyi ərazilərdə fəaliyyət göstərən dövlət orqanları arasında aparilan sorğu;
  • Layihənin həyata keçiirildiyi ərazilərdə vətəndaşlar arasında aparilan sorğu;
  • ölkədə fəaliyyət gözstərən cəzaçəkmə müəsissələrinin cəza çəkən məhkumlar arasında aparılan sorğu;
  • Həmin ərazilərdə fəaliyyət göstərən ictimai təşkilatlar, biznes qurumları və s. arasında aparılan sorğu:
  • ekspertlərin rəyləri;
  • sorğuların nəticələrinin müqayisəli təhlili;

 Ərazi

Sorğu bütövlükdə ölkənin 3 regionunda – Bakı, Quba və Biləsuvar şəhərlərində, həyata keçirilmiş və cəmi 377 respondenti (380 nəfər arasında anket paylanmşdı) əhatə etmişdir.

Respondentlər

Yuxarıda qeyd olunduğu kimi sorğular qeyd olinmiş ərazidə bütün vətəndaşlar arasında, o cümlədən həmin ərazilərdə fəaliyyət göstərən dövlət orqanları, ictimai təşkilatlar, biznes qurumları və s. çalışanlar arasında, həmçinin sadə vətəndaşlar arasında aparılıb. Lakin burada vacib bir nüans sosial qruplar arasında mütənasibliyin qorunması olub. Nəticələrin maksimum obyektiv olması üçün mütətəxəssislərimiz respondentləri, prosesin tam gizli, qərəzsiz olacağına inandırmağa çalışmış, onlara bu prosesdə vacib amillin məhz sualları cavablandırarkən yalnız öz düşündüklərini, şəxsi mövqelərini yazmaq olduğu açıqlanmışdır.
Sorğuda iştirak edənlərin 52,35% kişi, 45,71%-i qadın idi (İştirakçıların 1,94%-i isə bu haqda heç bir qeyd etməyiblər). Respontentlərin digər kriteriyalar üzrə təmsilşiliyi aşağıdakı kimidir.

Yaş: 18-25- 5,07%
25-35 – 45,39%
35-45 – 21,22%
45-55 – 16,06%
55 və daha artıq- 7,47%
(4,79% bu məlumatı qeyd etməyib)

Təhsil:
Ali- 9,8 %
Orta- 42,31%
natamam ali-12,47%
natamam orta – 9,2%
(5,21% bu məlumatı qeyd etməyib)
Əvvəlcədən qeyd etmək lazımdır ki, sorğunun nəticələrinin hesablanmasında rəqəmlərdə (% göstəricilərində) mümkün kiçik uyğunsuzluqlar və qeyri-dəqiqlikilər, bəzi respondentlərin bu və ya digər sualları cavablandırmamaları ilə əlaqədardır.

SORĞU ANKETİ VƏ NƏTİCƏLƏR

1. Sizcə ölkədə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər barədə cəmiyyətə kifayət qədər informasiya verilirmi?

a) bəli, kifayat qədər.
b) qismən
c) xeyr
d) maraqlanmıram
e) Digər, qeyd edin ______________________________________
Apardığımız tədqiqat işinin nəticəsindən aydın olur ki, bu günə ölkədə Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər barədə cəmiyyətə verilən informasiya əhalini, o cümlədən layihənin həyata keçirlən ərazilərdə yaşayan əhalini qane etmir. Yəni sorğuda iştiarak edən vətəndaşlarımızın 22,14%-inin ni məsləyə münasibəti birmənalı olaraq müsbətdir, yəni onlar hesab edirlər ki, Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər barədə cəmiyyətə ötürülən informasiya kifayət qədərdir, 15,66%-i isə bu vəziyytədən qismən razıdırlar. Bu rəqəmlərdən aydın olur ki, sorğuda iştirak edənlərin 37,8%-ini ölkədə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı və bu Plan auyğun olaraq həyat keçirlən tədbirlər barədə cəmiyyətə informasiya ötürülməsi ilə bağlı vəziyyətdən razıdırlar. Respondentlərin 60,2%-ini isə bu vəziyyət birmənalı olaraq qane etmir və hesab edirlər ki, cəmiyyətə verilən məlumatlat kifayət qədər deyil. Sorğu iştiarkçılarının 10,4%:-i bu sualı demək olar cavabsız qoymuş, maraqlanmadığını bildirmiş, 2,2%-isə fərqli fikirlər öyləmişlər.

2. Fəaliyyət Planda nəzərdə tutulmuş ictimai şuraların yaradılması ilə bağlı hansı məlumat maliksiniz? Hər hansı bir dövlət orqanında ictimai şuraların yaradılmasıni bilirsinizmi?

a) bəli, kifayat qədər.
b) qismən
c) xeyr
d) maraqlanmıram
e) Digər, qeyd edin ______________________________________
Növbəti sualın cavablarından maraqlı nəticələr hasil olur. Belə ki, sorğuda iştirak edən respondetnlərin 41,9%-i ümumiyyətlə, Fəaliyyət Planda nəzərdə tutulmuş ictimai şuraların yaradılması ilə bağlı hansı məlumat malik deyillər və hər hansı bir dövlət orqanında ictimai şuraların yaradılmasından xəbərləri yoxdur. 27,54%-i hesab edir ki, bu barədə qismən də olsa məlumatlıdır, yəni Fəaliyyət Planda nəzərdə tutulmuş ictimai şuraların yaradılması barədə məlumatlar bilirlər, amma konkret harada, hansı dövlət orqanlarında və necə yarandığı, fəaliyyət göstərməsi barədə dəqiq fikir söyləməyə çətinlik çəkirlər. Sorğuda iştirak edən vətəndaşlarımızın 19,76%-i düşünür ki, bu barədə kifayət əqədər məlumatlıdırlar. Təəssüflə qeyrd etmək lazımdır ki, bu məsələ 10,8%-inin ümumiyyətlə maraq dairsəində deyil.

3. Sizin yaşadığınız ərazidə rayon icra hakimiyyəti orqanları yanında (və ya digər dövlət orqanları və ya bələdiyyələr) ictimai şuraların fəaliyyət göstərirmi?

a) bəli.
b) yaradılmasını eşitmişəm, amma heç bir fəaliyyət göstərmir.
c) xeyr
d) maraqlanmıram
e) Digər, qeyd edin________________________________
Sakinləri yaşadıqları ərazidə rayon icra hakimiyyəti orqanları yanında (və ya digər dövlət orqanları və ya bələdiyyələr) ictimai şuraların fəaliyyət göstərməsi ilə bağlı məlumatlarının olub-olmamsı ilə bağlı qoyulmuş suala verilən cavablardan aydın olur ki, vətəndaşlarımızın böyük əksəriyyəti ya bu barədə heç məlumata malik deyil, ya
01020304050607080901001 квa; 9,9b; 14,94c; 61,48d; 11,26e; 2,42
ümumiyytələ maraqlanmır, ya da həmin ərazilərdə ictimai şuralar fəaliyyət göstərmir. Yəni rəyi soruşulanlarda 14,94%-i “yaradılmasını eşitmişəm, amma heç bir fəaliyyət göstərmir” qeydini edib, 61,48%-i birmənalı olaraq yaşadıqları ərazidə rayon icra hakimiyyəti orqanları yanında (və ya digər dövlət orqanları və ya bələdiyyələr) ictimai şuraların olmadığını söyləmişlər, 11,26%-i bu cür məsələlərlə ümumiyytlə maraqlanmadığını bildirmiş və yalnız 9,9%-i əmindir ki, rayon icra hakimiyyəti orqanları yanında (və ya digər dövlət orqanları və ya bələdiyyələr) ictimai şuralar mövcuddur. 2,42%-i isə fərqli fikir söyləmişlər. ,

4. Sizcə ictiçai şuraların yaradılması dövlət orqanlarının fəaliyyətinə nə kimi təsir göstərəcək?

a. Müsbət.
b. Şəffaflıq artacaq.
c. Məsuliyyət artacaq
d. Qərarların qəbulunda vətəndaşlar iştirak edəcək.
e. Vətəndaşların müraciətlərinə baxılması və onlarla rəftar yaxşılaşacaq.
f. Heç bri təsiri omayacaq.
g. Formal bir qurum olacaq
h. Mənfi təsiri olacaq
i. Maraqlanmıram
j. Digər fikriniz___________________________________________
Göründüyü kimi, bu sual cavabdırarkən, məqsədli olaraq respondentlərə bir neçə cavab seçmək imkanı yaradılmışdı. Məqsəd vətəndaşların ictimai şuralar barədə gözləntilərini müəyyənləşdirmək olub. Açığı cavab gözlədiyimizdən bir qədər fərqli oldu, cəmiyyətdə bir çox məslələrə o qədər ümidlə, inamla yanaşmayan əhalinin heç demə ictimai şuralardan gözləntiləri xeyli var, ictimai şuaralara heç də az əhəmyyətli hesab etmirlər. Yəni sorğuda iştirak edən vətəndaşlarımızın əksəriyyəti ictimai şuaraların fəaliyyətinin dövlət orqanlarının fəaliyyətinə bu və ya digər mənada təsir edəcəyinə
01020304050607080901001 кв33,5828,42Yan.0023,5632,7421,6415,44,67
inanırlar. Belə ki, 33,58%-i isə hesab edir şuraların yaradılması dövlət orqanlarının fəaliyyətinə müsbət təsir edəcək, 28,42% şəfafflığın artacağına, 12,24% məsuliyyətin artacağına, 23,56% qərarların qəbulunda vətəndaşlar iştirak edəcəyinə inanır, 32,74% vətəndaşların müraciətlərinə baxılması və onlarla rəftar yaxşılaşacağına ümid edir. Lakin bu məsələyə pessimist yanaşanlarda var, sorğuda iştiark edən yerli sakinlərdən 21,64%-i düşünür ki, ictiçai şuraların yaradılması dövlət orqanlarının fəaliyyətinə heç bri təsiri olmayacaq, 15,4%-i bunu formal bir olacağını qeyd etmiş, 4,67%- i isə əksinə bu proseslərin dövlət qurumlarının faəliyyətinə mənfi təsi edəcəyini söyləmişlər. 2.6%-i bu məslələr heç naraqlandırmır.

5. Elektron hökümət portalından istifadə edirsinizmi? www.e-gov.az

a) bəli, kifayat qədər.
b) qismən
c) ümumiyytələ məlumatım yoxdur
d) xeyr
e) Digər, qeyd edin ______________________________________
Bu suala verilən cavablardan aydın olur ki, ölkədə hələdə eletron hökumət, elektron xidmət, elektron imza və s. bu kimi yeniliklərin tədbiqi ilə bağlı, ondan istiafdənin artırılması ilə bağlı kifayət əqədər iş görülməlidir. Sorğunun nəticələrindən aydın olur ki, bu sahədə görülən işlərə baxmayaraq, hələ əhalinin elektron xidmətlərdən istiafadə səviyyəsi yüksək deyil. Rəyi soruşulanların yalnız 25,68%-i elektron hökümət portalından istifadə etdiyini, www.e-gov.az müraciət etdiyini qeyd etmiş, 19,54%-i isə bunu qismən etdiyini, 34,14%-i istiafdə etmədiyini bildirmişsə, 18,44%-nin isə elektron
01020304050607080901001 квa; 25,68b; 19,54c; 34,14d; 18,44e; 2,2
hökümət portalı barədə ümumiyytələ məlumatı yoxdur, 2,2%-i isə fərqli mövqe
sərgiləmişdir.

6. Dövlət idarələrinin və müəssisələrin elektron xidmətlərinin daha çox hansı
formalarından istifadə etmisiniz? (ən çox 3 cavab işarələyin)

a) Dövlət qurumlarına e-maillə yazılı müraciət etmək (elektron qaydada müraciət) və
cavab almaq
b) Dövlət idarələrinin rəhbərlərinə müraciət
c) Dövlət qurumlarının fəaliyyəti ilə bağlı informasiya əldə etmək
d) İdarə və müəssisələrdən elektron qaydada sənəd almaq
e) Hesabatların və zəruri sənədlərin göndərilməsi və qəbulu
f) Xüsusi icazələr və lisenziyaların verilməsi üçün müraciətlərin qəbul edilməsi
g) Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə
cavablandırılması
h) Onlayn sual-cavab
i) Idarələrdə vakant yerlərə müraciət etmə
j) sənədlərin razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və sənədlərin
qəbulu
k) Hüquq yaradan güzəşt kartları və bənzərilərini əldə etmək üçün müraciət etmə
l) Digər (qeyd edin)__________
Növbəti, dövlət idarələrinin və müəssisələrin elektron xidmətlərinin daha çox hansı
formalarından istifadə edilməsini öyrənmək üçün qoyulmuş sualında da bir neçə cavab
seçmək cavab seçmək imkanı var. Suala veilən cavablardan aydın olur ki,
vətəndaşlarımız elektron xidmətlərin bu və ya digər formasından istifadə edir. Yəni
sorğu iştiarkçılarının səmimiliyinə inansaq, onda vətəndaşlarımızın əksəriyyəti elektron
xidmətlərin bu və ya digər formasından istifadə edir. Başqa sözlə respondentlərin
17,43%-i dövlət qurumlarına e-maillə yazılı müraciət edir (elektron qaydada müraciət)
və cavab alır, 16,78%-i həm də dövlət idarələrinin rəhbərlərinə müraciət edir, 21,56%-i
həm də dövlət qurumlarının fəaliyyəti ilə bağlı informasiya əldə edir, 20,34%-i idarə və
müəssisələrdən elektron qaydada sənəd alır, 35,76%-i həm də hesabatların və zəruri
sənədlərin göndərir və qəbul edir, 14,23%-i xüsusi icazələr və lisenziyaların verilməsi
üçün müraciətləri qəbul edir, 9,76%-i Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş
müraciətlərin SMS ilə cavablandırır, 7,5%-i onlayn sual-cavablarda iştirak edir, 6,7%-i
Idarələrdə vakant yerlərə müraciət edir, 6,4%-i sənədlərin razılaşdırılması və təsdiq
edilməsi üçün müraciətin və sənədlərin qəbulunu həyata keçirir, 4,5%-i hüquq yaradan
güzəşt kartları və bənzərilərini əldə etmək üçün müraciət edir, 5.4%-i isə fərqli cavablar
vermişlər..

7. Ölkəmizdə vətəndaşlara göstərilən elektron xidmətlərin nəticələri ilə bağlı
aşağıda göstərilən fikirlərlə nə dərəcədə razısınız? (9 bal üzərindən
qiymətləndirin: sizə müvafiq gələn xananın işarələyin)

Əslində bu sual vətəndaşlara göstərilən elektron xidmətlərin səviyyəsi, ona olan
münasibəti müəyyənləşdirmək məqsədi daşıyır. Suala verilən cavablardan aydın olur ki,
sorğuda iştiark edənlərin 2,7%-i bu xidmətləri “2”, 3.6% “3” 17,64%-i “4”, 26,58%-i “5”,
11,26%-i “6”, 10,26%-i “7”, 6,58%-i “8”, 9,56%-i “9” balla qiymətlərndirmişlər.

8. Sizə görə ölkəmizdə ən yaxşı elektron xidmətləri göstərən 3 dövlət
qurumunu (mərkəzi icra hakimiyyəti orqanları-nazirliklər və dövlət
komitələri, habelə yerli icra hakimiyyəti orqanları) qeyd edin:

1._______________________________________________
2._______________________________________________
3._______________________________________________
Bu sualın cavablarına istinad etərək bir çox məqamlarla bağlı mülahizələr yürütmək,
fikir söyləmək mümkündür. Bu mənada bu sualın cavabları maraqlıdır. Əvvəlcə bir
söyləməliyik ki, gözlədiyimizin əksinə olaraq sorğu iştiarkçılarının cavablarında dövlət
orqanlarının oxu ümumiyyətlə çəkilmir, bir çox ahketlərdə isə ümumiyytələ heç bir dövlət
orqanı qeyd edilməyib. Bu səbəbdən də bizim də seçim etmək bə yaxud çox dövlət
orqanlarını qyed etmək imkanından məhrumuq. Lakin əlimizdə olan məlumatlardan
daha çox səs alan dövlət orqanları arasında DİM , ASAN, DİN, İqtisadiyyat Nazirliyi (Vergilər Xitməti), Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun (həmçinin
ayrıca Korrupsiay qarşı mübarizə İdarəsinin) qeyd etmək lazımdır.

9. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət
Planı”nda nəzərdə tutulmuş tədbirlərlə bağlı görülən işlər sizi qane edirmi ?

a. Bəli
b. Eşitmişəm, amma dəqiq deyə bilmərəm.
c. Qismən
d. Bəzi məmurlar mane olmasa daha daha yaxşı olar.
e. əvvəlki illərə baxanda, irəliləyiş var.
f. Xeyr
g. maraqlanmıram
h. Digər, qeyd edin ________________________________
Aparılan sosioloji-tədqiqat işinin nəticəsi olaraq, layihənin əsas mövzusu olan “Açıq
hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və bu Planda
nəzərdə tutulmuş tədbirlərin həyata keçirlməsi və bu prosesə olan münasibəti öyrənmək
olub. Sonuncu suald aməhz bu məsləyə münasibəti öyrənmək məqsədi daşıyır. Suala
verilən cavablardan aydın olur ki, sorğuya cəlb eedilmiş vətəndaşlarımızın əksəriyyəti
bu sənəd barədə müəyyən məlumatlara malikdirlər, fəaliyyət planında nəzərdə tutulmuş
tədbirlərlə bağlı görülən işlərdən bu və ya digər formada razıdırlar. Nəticələrə baxaq,
sorğuya cəlb olunanların 20,26%-ini Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş
tədbirlərlə bağlı görülən işlər qane edir, 14,53%-ini qismən qane edir, 5,76%-i bu barədə eşitsə də amma dəqiq bir fikir söyləməkdə çətinlik çəkir, 11,52%-i hesab edir ki, “bəzi məmurlar mane olmasa daha daha yaxşı olar”, 18,38%-inin fikirincə əvvəlki illərə baxanda irəliləyiş var, 25,34%-i əksinə bu proseslərdən tam narazdır, və düşünürlər Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərlə bağlı görülən işlər qənaətbəxş deyil. Rəyi soruşulanların 4,21%-i ya bu barədə məluamtları olmadığnı, ya da onları maraqlandırmadığnı söyləmişlər.

_________________________________________________________________________

01.02.2022-01.05.2022 tarixlərində «Rezonans» Gənclərin Ictimаi Birliyi  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi «Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək » layihəsini həyataa keçirmişdir. 

Həyata keçirilən layihə çərçivəsində sosioloji-tədqiqat işi görülmüş, regionlarda –Biləsuvar və Quba şəhərlərində “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək ” mövzusunda  tədbirlər  keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu saədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılmışdır

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan başlayan hərbi təlimlər avqustun 10-dək davam edib. Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edib.
Bu hərbi təlimlər barədə hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a geniş açıqlama verib.
Ramil Məmmədli bildirib ki, “Azərbaycan və Türkiyə arasında keçirliən irimiqyaslı təlim hərbi-texniki baxımdan ordumuzun Türkiyənin istifadə etdiyi müasir döyüş texnikaları ilə yaxından tanış olma imkanı verib”:
“Azərbaycan hərbiçiləri NATO standartlarına cavab verən qərb müdafiə sənayəsinə məxsu olan silah və texnikalarla işləyərək bu istiqamət üzrə təcrübə qazandılar. Dünyanın ən güclü ordularından biri sayılan Türkiyə Sİlahlı Qüvvələrinin müxtəlif qoşun növləri üzrə döyüş bacarıqları ilə tanış oldular və döyüş idarə etmə üsulunu öyrəndilər.
Son illərdə Türkiyə ordusu Suriya , Liviya və İraqda çox uğurlu hərbi əməliyyatlar keçirib. Bu baxımdan müxtəlif qoşun növləri üzrə keçirilən birgə təlimlərdə ordumuz Türkiyə Silahlı Qüvvələrinin döyüşlərdə qazandığı təcrübələrdən yararlana bildi. Azərbaycan Silahlı Qüvvələri Türkiyənin öz sanəyisinə məxsus olan PUA-lar ilə işləmək və bu istiqamətdə döyüşlərin aparılması sahəsində böyük təcrübə qazandı. Burda ən əsas məqamlardan biri strateji müttəfiqimiz olan Türkiyə Sİlahlı Qüvvəlləri ilə döyüşün idarə olunması, planlaşdırılması, gələcəkdə hərbi əməliyyatlarda bir-bir ilə koordinasiyalı şəkildə hücum və ya müdafiə istiqamətində ola biləcək döyüşlərdə iki ordunun birgə fəaliyyəti üzrə işlər görüldü”.
Ekspert, Türkiyə ilə irimiqyasılı hərbi təlimlər Azərbaycanın regionda tək olmadığını göstərdiyini qeyd edib:
“Digər tərəfdən hərbi-siyasi nöqtəyi nəzərdən məsələyə yanaşdıqda Azərbyacan regionda böyük üstünlük əldə edib. 12 iyulda Tovuzda baş verən döyüşlərdən sonra Ermənistan öz ərazisində Rusiya ilə birgə hərbi təlimlərə başlaması Azərbaycan üçün narahtlıq yartmışdı. Rusiya və Ermənistanın atdığı bu addımdan sonra hərbi əməkdaşlıq sazişinə əsasən Azərabyacanın Türkiyə ilə irimiqyasılı hərbi təlimlərinin keçirilməsi cavab həmləsi olmaqla yanaşı, Azərbaycanın regionda tək olmadığını göstərdi. İki dövlət arasında hərbi əməkdaşlıq sazişinə əsasən keçirliən irimiqyaslı təlimlər Ermənistan hökümətini qorxuya saldı. Bu barədə, hətta Ermənistanın bir neçə siyasətçisi, həmçinin orduya rəhbərlik edənlər bəyanatlar səsləndiriblər. Türkiyə kimi güclü orduya sahib olan dövlətlə bu səviyyədə hərbi strateji müttəfiqimizin olması, Azərbaycana həm hərbi güc, həm də hərbi-siyasi baxımından böyük üstünlüklər verir”.