Şuranın dəstəklədiyi layihə çərçivəsində tədbirlər davam edir

Untitled2
Untitled

qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində tədbirlər davam edir.

qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində Bakı şəhəri Səbail rayonunda tədbir keçirilib. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə ediblər, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.

Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında Qanun”un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək   ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilir.

Kiv kategorisine gönderildi

Noyabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “ Açıq Hökümət anlayışı və Azərbaycanda tətbiqi”mövzusunda tədbir keçirildi

11

Noyabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “ Açıq Hökümət anlayışı və Azərbaycanda tətbiqi”mövzusunda tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov, Yasamal rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə şöbə müdirinin müavini Vaqif Məmmədov, Qeyri-Hökümət Təşkilatının sədri Əhməd Abbasbəyli ,Dövlət İdarəçilik Akademiyasının müəllimi İsmayıl Kərimov,Yasamal rayon bələdiyyəsi üzvləri,Yasamal rayonunda fəaliyyət göstərən Zərifə Əliyeva adına lisey və 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular,ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov giriş sözü ilə tədbiri açaraq bildirdi ki,Qeyri hökümət təşkilatlarının və kutləvi informasiya vasitələrinin fəaliyyəti maarifləndirmə xarakteri daşıyır və açıq hökumətin prinsipləri şəffaflıq,iştirakçılıq və əməkdaşlıq olduğunu bildirdi.
Dövlət İdarəçilik Akademiyasının müəllimi İsmayıl Kərimov mühazirə ilə çıxışı zamanı Hökümət – Dövlət və Hökümətin vətəndaşlara açıq hökümət anlayışının çoxmənalı termin olduğunu , və bu terminin cəmiyyət, məlumatların,standartların əksi,açıq interfeys və mənbə proqramlarını və açıq kommunikasiya sistemlərini əhatə etdiyini qeyd etdi.
Sonra Qeyri-Hökümət Təşkilatının sədri Əhməd Abbasbəyli çıxışında azərbaycanda açıq hökümətin tarixçəsindən,açıq hökümətin təşviqinə dair “Milli Fəaliyyət Planı” nın istiqamətlərindən ətraflı məlumat verdi.

55 22 44 66 33

Kiv kategorisine gönderildi

«Gənclərin sosial reabilitasiyası» layihəsi çərçivəsində tədbirlər davam edir

Untitled2«Gənclərin sosial reabilitasiyası» layihəsi çərçivəsində tədbirlər davam edir

Untitled

 

«Rezonans» Gənclərin Ictimаi Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sosial reabilitasiyası” layihəsi çərçivəsində Şirvan şəhərində tədbir  keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu saədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanmış və kitabxanayaa hədiyyə edilmişdir.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və  gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.  İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiamətində fəaliyyət həyata keçiriləcək.

Untitled3

Kiv kategorisine gönderildi

“Rezonans” Gənclərin İB “Gənclərin sosial reabilitasiyası ” layihəsini icra edir

Untitled2 Untitled

 

 

 

 

 

«Rezonans»  Gənclərin İctimаi Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sosial reabilitasiyası ” layihəsi çərçivəsində 27 dekabr tarixində Bakı şəhərində Səbail rayonunda tədbir  keçirilib. 

Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu barədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.

Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və reabilitasiyası,  gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.

Layihənin İkinci istiqaməti üzrə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli ilə bağlı fəaliyyət həyata keçiriləcək.

Kiv kategorisine gönderildi