_________________________________________________________________________

01.02.2022-01.05.2022 tarixlərində «Rezonans» Gənclərin Ictimаi Birliyi  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi «Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək » layihəsini həyataa keçirmişdir. 

Həyata keçirilən layihə çərçivəsində sosioloji-tədqiqat işi görülmüş, regionlarda –Biləsuvar və Quba şəhərlərində “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətə dəstək ” mövzusunda  tədbirlər  keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu saədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılmışdır

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan başlayan hərbi təlimlər avqustun 10-dək davam edib. Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edib.
Bu hərbi təlimlər barədə hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a geniş açıqlama verib.
Ramil Məmmədli bildirib ki, “Azərbaycan və Türkiyə arasında keçirliən irimiqyaslı təlim hərbi-texniki baxımdan ordumuzun Türkiyənin istifadə etdiyi müasir döyüş texnikaları ilə yaxından tanış olma imkanı verib”:
“Azərbaycan hərbiçiləri NATO standartlarına cavab verən qərb müdafiə sənayəsinə məxsu olan silah və texnikalarla işləyərək bu istiqamət üzrə təcrübə qazandılar. Dünyanın ən güclü ordularından biri sayılan Türkiyə Sİlahlı Qüvvələrinin müxtəlif qoşun növləri üzrə döyüş bacarıqları ilə tanış oldular və döyüş idarə etmə üsulunu öyrəndilər.
Son illərdə Türkiyə ordusu Suriya , Liviya və İraqda çox uğurlu hərbi əməliyyatlar keçirib. Bu baxımdan müxtəlif qoşun növləri üzrə keçirilən birgə təlimlərdə ordumuz Türkiyə Silahlı Qüvvələrinin döyüşlərdə qazandığı təcrübələrdən yararlana bildi. Azərbaycan Silahlı Qüvvələri Türkiyənin öz sanəyisinə məxsus olan PUA-lar ilə işləmək və bu istiqamətdə döyüşlərin aparılması sahəsində böyük təcrübə qazandı. Burda ən əsas məqamlardan biri strateji müttəfiqimiz olan Türkiyə Sİlahlı Qüvvəlləri ilə döyüşün idarə olunması, planlaşdırılması, gələcəkdə hərbi əməliyyatlarda bir-bir ilə koordinasiyalı şəkildə hücum və ya müdafiə istiqamətində ola biləcək döyüşlərdə iki ordunun birgə fəaliyyəti üzrə işlər görüldü”.
Ekspert, Türkiyə ilə irimiqyasılı hərbi təlimlər Azərbaycanın regionda tək olmadığını göstərdiyini qeyd edib:
“Digər tərəfdən hərbi-siyasi nöqtəyi nəzərdən məsələyə yanaşdıqda Azərbyacan regionda böyük üstünlük əldə edib. 12 iyulda Tovuzda baş verən döyüşlərdən sonra Ermənistan öz ərazisində Rusiya ilə birgə hərbi təlimlərə başlaması Azərbaycan üçün narahtlıq yartmışdı. Rusiya və Ermənistanın atdığı bu addımdan sonra hərbi əməkdaşlıq sazişinə əsasən Azərabyacanın Türkiyə ilə irimiqyasılı hərbi təlimlərinin keçirilməsi cavab həmləsi olmaqla yanaşı, Azərbaycanın regionda tək olmadığını göstərdi. İki dövlət arasında hərbi əməkdaşlıq sazişinə əsasən keçirliən irimiqyaslı təlimlər Ermənistan hökümətini qorxuya saldı. Bu barədə, hətta Ermənistanın bir neçə siyasətçisi, həmçinin orduya rəhbərlik edənlər bəyanatlar səsləndiriblər. Türkiyə kimi güclü orduya sahib olan dövlətlə bu səviyyədə hərbi strateji müttəfiqimizin olması, Azərbaycana həm hərbi güc, həm də hərbi-siyasi baxımından böyük üstünlüklər verir”.

«Rezonans» Gənclərin Ictimаi Birliyinin Ermənistan silahlı qüvvələrinin atəşi nətic’sində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı BƏYANATI

Untitled«Rezonans» Gənclərin Ictimаi Birliyinin

Ermənistan silahlı qüvvələrinin atəşi nətic’sində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı

BƏYANATI

2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər məqsədyönlü şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.

Beynəlxalq birlik, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlədnirilməlidir.

“Rezonans” Gənclərin İctimai Birliyi olan gənclər adından bəyan ediirk ki, Ermənistan Respublikası Azərbaycana qarşı davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. 2017-ci il 4 iyulda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Allahverdiyeva Sahibənin Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsinə həlak olması Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan daha bir cinayətdir. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyətə görə müvafiq sanksiyalara məruz qalmalı, sivil dünya qarşısında cavab verməldir.

Biz Azərbaycan gəncləri dərin təəssüf hissi ilə bəyan edirik ki, Ermənistanın davamlı olaraq Azərbaycan Respublikasının dinc əhalisnə qarşı törətdiyi bu cür terror aktlarına adekvat qiymət verilmədiyindən bu siyasət məqsədyönlü şəkildə 25 ildir ki, ermənilər tərəfindən davam etdirilir.

Azərbaycan gəncləri adından bir daha beynəlxalq birliyi və beynəlxalq təşkilatları Ermənistan Respublikası və onun rəhbər şəxslərinin bu cinayətlar əməllərinə hüquqi-siyasi qiymət verilməsinə, Ermənistanın təcüvüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasına, dinc sakinlərin, yaşlı insanların və uşaqların məqsədöyünlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq.

Azərbaycan, Bakı

06 iyul 2017-ci il