«Rezonans» Gənclərin Ictimаi Birliyinin Ermənistan silahlı qüvvələrinin atəşi nətic’sində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı BƏYANATI

Untitled«Rezonans» Gənclərin Ictimаi Birliyinin

Ermənistan silahlı qüvvələrinin atəşi nətic’sində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı

BƏYANATI

2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər məqsədyönlü şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.

Beynəlxalq birlik, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlədnirilməlidir.

“Rezonans” Gənclərin İctimai Birliyi olan gənclər adından bəyan ediirk ki, Ermənistan Respublikası Azərbaycana qarşı davam edən təcavüzə görə beynəlxalq hüququn pozuntularına görə tam beynəlxalq məsuliyyət daşıyır. 2017-ci il 4 iyulda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Allahverdiyeva Sahibənin Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsinə həlak olması Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan daha bir cinayətdir. Ermənistanın beynəlxalq hüquqa zidd əməlləri nəticəsində ortaya çıxan bu cür məsuliyyətə görə müvafiq sanksiyalara məruz qalmalı, sivil dünya qarşısında cavab verməldir.

Biz Azərbaycan gəncləri dərin təəssüf hissi ilə bəyan edirik ki, Ermənistanın davamlı olaraq Azərbaycan Respublikasının dinc əhalisnə qarşı törətdiyi bu cür terror aktlarına adekvat qiymət verilmədiyindən bu siyasət məqsədyönlü şəkildə 25 ildir ki, ermənilər tərəfindən davam etdirilir.

Azərbaycan gəncləri adından bir daha beynəlxalq birliyi və beynəlxalq təşkilatları Ermənistan Respublikası və onun rəhbər şəxslərinin bu cinayətlar əməllərinə hüquqi-siyasi qiymət verilməsinə, Ermənistanın təcüvüzünə son qoyulması ilə bağlı zəruri addımlar atılmasına, dinc sakinlərin, yaşlı insanların və uşaqların məqsədöyünlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq.

Azərbaycan, Bakı

06 iyul 2017-ci il

Jurnalistlər uçun musabiqə

gff“Rezonans”  Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq məqəsdi ilə məqalə müsabiqəsi elan edir:

Müsabiqənin şərtləri:
• Məqalələr  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, Fəaliyyət Planında nəzərdə tutulmuş, ictimai şuraların fəaliyyətinin təşkil edilməsi,  gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keşirilməsində iştirak etmək,  bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək  və s. mövzularından birini əhatə etməli;
• Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;
• Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir:  “Bu  yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Rezonans”  Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
• Yalnız mətbuatda dərc olunmuş və ya  İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli,  məqalə  İnternet  media portalında yerləşdirilibsə,  həmin portalın adı və əlaqədar linkin  tam  adı rezonans-ypu@mail.ru  elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 10 dekabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 15 dekabr tarixdə açıqlanacaq.  Müsabiqənin qalibləri diplomla mükafatlandırılacaq.

 

Jurnalistlər üçün müsabiqə

rezonans2

“Rezonans”  Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda gəncnəslin vətənpərlik ruhunun yüksəldilməsi istuiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmaq məqəsdi ilə məqalə müsabiqəsi elan edir:

Müsabiqənin şərtləri:
• Məqalələr gənc nəslin vətənpərlik ruhunun yüksəldilməsi istuiqamətində dövlətimizin həyata keçirdiyi siyasət, keçmiş hərbçilərin, еhtiyаtdа оlаn zаbitləri, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması, bu prosesdə gənclərin fəallığının artırılması və veteranlarla gənclərin ünsiyyətinə şəraitin yaradılması, bu fəaliyyətin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəldilməsi mövzularından birini əhatə etməli;
• Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;
• Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir:  “Bu  yazı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Rezonans”  Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Onları unutmayaq ki, sabahımıza zəfər tarixi yazaq!” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
• Yalnız mətbuatda dərc olunmuş və ya  İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli,  məqalə  İnternet  media portalında yerləşdirilibsə,  həmin portalın adı və əlaqədar linkin  tam  adı rezonans-ypu@mail.ru  elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 15 noyabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra,  1dekabr tarixdə açıqlanacaq.  Müsabiqənin qalibləri hədiyyələrlə mükafatlandırılacaq.

Yəməndə 36 nəfər dünyasını dəyişdi

Yəməndə 36 nəfər dünyasını dəyişdi

Silahlı insident zamanı 36 nəfər dünyasını dəyişib.

Yəməndə silahlı insident baş verib. Hadisə zamanı 36 nəfər dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Taiz şəhərində Husilərlə Xalq Müqavimət Hərəkatı fəalları arasında baş verən silahlı qarşudurma zamanı ölənlərdən 28-i Husi ordusunun, 8-i isə Müqavimət Hərəkatının üzvüdür.

Baş verən atışmalar zamanı 41 Husi hərbçisinin yaralandığı bildirildi. Müqavimət hərəkatının isə 23 üzvü xəstəxanalıq olub.

Türk mətbuatının xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarələrlə təşkil etdiyi hava hücumu zamanı Yəməndə Əl-Qaidənin 5 üzvü öldürülüb.

Bundan əvvəl də, Yəmənin cənub qərbində yerləşən Taiz şəhərinə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində 43 nəfər dünyasını dəyişmiş 50 nəfər xəsarət almışdı. Bu barədə məlumatı Husilərin əllərinə keçirdikləri SABA media şirkəti yaymışdı.

Mayın 17-si Yəməndə hökümət qüvvələri ilə Husilər arasında toqquşmalar baş vermiş,nəticədə 12 nəfərin ölmüş, onlarla insanın yaralanmışdı.