Məmuru zibil çəninə atdılar
“Zibil çənləri inqilabı”nın növbəti qurbanı Viktoriya Qojiy olub
nternetdə Dnepropetrovskda Ukrayna radikal aktivistlərin qadın məmuru necə zibil konteynerinə atdığı video yayılıb.
ANS PRESS-in məlumatına görə, “zibil çənləri inqilabı”nın növbəti qurbanı Viktoriya Qojiy olub. Aksiyanın iştirakçılarının qışqırıqlarına əsasən, şəhər şurası icraiyyə komitəsinin hüquq idarəsinin müdiri Viktoriya korrupsiyada ittiham edirlər.
Kadrlarda görünür ki, qəzəblənmiş camaat məmuru mühasirəyə alır. Qojiy zibil qabının yanına gətirib, güclə onun içinə salırlar. Bu halda camaat qadının ünvanına bərkdən təhqirlər qışqırır.
Bu və ya digər vəzifəli şəxslərin iyustrasiyasi tələbiylə aksiyalar payız boyu bütün ölkə üzrə davam edir. (anspress.com)

Miçiqan və İllinoysda güclü qasırğa nəticəsində elektrik stansiyaları söndürülüb və 600 mindən çox ev elektrik enerjisiz qalıb.
İŞİD döyüşçüləri tərəfindən girov götürülmüş və edam olunmaqla hədələnən 2-ci Amerikalı jurnalistinin anası video yazdıraraq, oğlunu tutanlara müraciət edib.