Avropada ölümcül virus daşıyıcısı aşkarlanıb

Məlumata görə, Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır.

İspaniyada daha bir Ebola virusu daşıyıcısı aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır. O, bir neçə gün əvvəl İspaniyaya mühacirət etdiyini deyib. Hazırda şəxs karantin nəzarətinə götürülüb. Bir müddət əvvəl Qərbi Afrikada xəstələrin müalicəsinə kömək edən ispaniyalı rahib də bu xəstəlikdən ölmüşdü.

Xatırladaq ki, öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir. (anspress.com)

Erməni qoşunu çıxmalıdır

Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə 3 ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) prezidentləri ilə görüşündə deyib.

“Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orda dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüflər ki, olsun ki, artıq 20 il keçib, bu qətnamələr kağız üzərində qalıb. Hesab edirəm ki, Rusiya yaxın dost, tərəfdaş və qonşu kimi münaqişənin həll edilməsində mühüm rol oynaya bilər. Əminəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək. Biz danışıqların müsbət nəticəyə gəlinməsi üçün beynəlxalq hüquq normalarına əsaslanmalıyıq”, – deyə İlham Əliyev bildirib. (anspress)

11 Şəhidimizə görə gənclər Xiyabana yığışır

Bu gecə cəbhə xəttində baş verən atışmadan sonra Azərbaycan ordusunun 11 şəhid verməsi Şəhidlər Xiyabanında anılacaq.

Axar.az-ın Feysbuk sosial şəbəkəsindəki səhifəsində yaradılmış “event”in (tədbir) bu gün axşam saat 8-də keçirilməsi nəzərdə tutulub.
Tədbirdə bir sıra tanınmış ictimaiyyət adamları və millət vəkillərinin də iştirakı planlaşdırılıb.
Tədbir açıq tiplidir və anım aksiyasında hər kəs iştirak edə bilər.  (Musavat.com)

Ulduz futbolçu dizlərindəki ağrı səbəbindən karyerasını bitirdi

“Barselona” klubunun sabiq kapitanı Karles Puyol karyerasını başa vurmasının səbəbini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Puyol dizlərindəki ağrının ona futbol oynamaq imkanı vermədiyini bildirib:
“Son iki ildə əlimdən gələn hər şeyi etdim. Əməliyyat, müalicə. Ancaq dizlərim “bəsdir” dedi. Karyeramı bitirmək ən yaxşı variant idi. Bədən üzvlərinin səni eşitməməsi çox utancvericidir. Nəsə etmək istəyirsən, ancaq bacarmırsan. Hazırda müntəzəm olaraq müalicə kursu alıram və normal həyat tərzi yaşamağa çalışıram”.
Qeyd edək ki, 1999-cu ildən “Barselona”nın şərəfini qoruyan Puyol ötən mövsümün sonunda karyerasını başa vurub.  (musavat.com)