Azərbaycanlı boksçular finalda

Azərbaycanlı boksçular finalda

Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında dünya birinciliyi keçirilir


Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində ¼ finalçıların adları məlum olub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ASNS PRESS-ə verilən məlumata görə, növbəti mərhələyə yüksələnlər arasında Azərbaycan milli komandasının 7 üzvü də var.(anspress.com) Okumaya devam et →

Gürcüstanın yeni rəhbərliyindən şok siyasi qərar

Gürcüstanın yeni rəhbərliyindən şok siyasi qərar

Rəsmi Tiflis ancaq Avropa Birliyi və NATO-nu arzulayır

Gürcüstanın daxil olmağa çalışdığı və planlaşdırdığı yeganə siyasi qurum Avropa Birliyidir. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Gürcüstan xarici işlər naziri Maya Pancikidze Praqaya səfəri ərəfəsində verib.

Maya Pancikidze hərbi-siyasi sahədə isə ölkəsinin NATO-ya üzv olacağına ümid etdiyini bildirib: “Bizi digər təşkilatlar maraqlandırmır”.

Bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən mətbuat konfrasında Gürcüstanın MDB-yə qaytımaq fikrinin olmadığını demişdi. Lakin o, yaxın günlərdə Tiflisə səfər edəcəyini və məsələnin rəhbərlik ilə müzakirə olunacağını da əlavə etmişdi.

Xatırladaq ki, Gürcüstan MDB-dən 2008-ci ildə Rusiya ilə müharibə apardıqdan sonra çıxıb.(anspress.com)

İsraili Türkiyədən üzr istəməyə nə vadar etdi?

İsraili Türkiyədən üzr istəməyə nə vadar etdi?

Versiyalar arasında Obamanın təzyiqi, Ərəb baharı,Suriya məsələsi təbii qaz və enerji ehtiyatlarının tapılması var
İsrailin 3 il əvvəl Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumla bağlı Türkiyədən üzr istəməsi bu ölkədə səbrin və müqavimətin zəfəri hesab edilə bilər. Türkiyə “Mavi Mərmərə” məsləsi ilə bağlı ABŞ, NATO, Avropa Birliyi ölkələrinin çox ciddi reaksiyaları üzləşsə də, öz mövqeyini dəyişməyib. Bu üzr Türkiyənin müqavimətinin İsrailin inadından daha güclü olduğunu göstərdi.
Türk mətbuatı çoxdan gözlənilən bu üzürxahlıqdan sonra İsraili bu addımı atmağa vadar edən yolları araşdırıb. ANS PRESS-in “Star” qəzetinin internet səhifəsinə istinadla verdiyi məlumata görə, burada 3 vacib məqam rol oynayıb. (anspress.com) Okumaya devam et →

Türkiyə mətbuatı 31 Mart soyqırımından yazacaq

Türkiyə mətbuatı 31 Mart soyqırımından yazacaq

Azərbaycanlıların Soyqırımı Günü qardaş ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılacaq
Türkiyədə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Diasporla Iş üzrə Dövlət Komitəsindəm ANS PRESS-ə verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Kocaeli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edəcək. (anspress.com) Okumaya devam et →