
Ailədaxili münasibətlərin düzgün, sağlam olması uşaqların psixi sağlamlığına təsir edir
Hər bir insan elə yaşamağa meyillənməlidir ki, onun əməlləri, fikir və düşüncələri, həyata, insanlara, özünə münasibəti və əxlaqı elə bir dünyagörüşün prinsipləri ilə tənzimlənsin ki, onun işığı parlaq və ləkəsiz olsun.
Bu cür yaşam tərzinin tədbirlərinə uşaq ana bətnində olduğu vaxtdan , ananın sağlamlığının qayğısına qalmaqla başlanılmalıdır. Uşaq dünyaya gəldiyi ilk günlərdən psixogigiyenik tədbirlərə cavab verən sağlam mühitlə əhatə olunmalı və ona göstərilən qayğı və nəvaziş tərbiyəvi xarakter daşımalıdır. Ailədaxili münasibətlərin düzgün, sağlam olması uşaqların psixi sağlamlığına təsir edir və onun bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Unutmamalıyıq ki, uşağın tərbiyə olunmasında ən məsuliyyətli mərhələ bioloji və psixoloji keçid dövrü olan yeniyetməlik dövrüdür. Bir dəfə Sokratdan soruşurlar: “Sən nə üçün yeniyetmələrlə həmsöhbət olursan? ” Dedi: ” Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.
Cinsi yetişkənlik dövründə əmələ gələn fizioloji dəyişikliklər onların davranışına mühüm təsir göstərir və bu da güclü bir enerjinin doğulmasından xəbər verir ki, bu enerji ehtiyatlı yanaşma tərzi tələb edir. Çox zaman ailənin, sosial institutların sərt, laqeyd və avtoritar münasibəti bu enerjini zərərli istiqamətə yönəlməsinə gətirib çıxara bilər. Bu istiqamətlərdən biri də “ağ ölüm ” adı ilə tanınmış narkomaniyadır. Narkomaniya yaşadığımız dövrdə ən aktual xəstəliklərindən biridir. Okumaya devam et


