
Jurnalistlər üçün yazı müsabiqəsi

“Rezonans”ın jurnalistər üçün elan etdiyi yazı müsabiqəsi davam edir
“Rezonans” Gənclərin İctimai Birliyi jurnalistlər üçün Azərbaycanda narkomaniya, narkomaniyanın fəsadları və narkomaniyaya qarşı mübarizə mövzularında elan etdiyi yazı müsabiqəsi davam edir.
Müsabiqənin şərtləri:
- Məqalələr yuxarıda göstərilən mövzulardan birini əhatə etməlidir;
- Qoyulan mövzularda narkomaniya ilə bağlı cəmiyyəti narahat edən məsələlər qabardılmalıdır;
- Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibətinin əks etdirilməsi, araşdırmalar və s. arzu olunandır;
- Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumat mütləq qeyd olunmalıdır: “Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
- Yalnız mətbuatda dərc olunmuş və ya İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməlidir, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı rezonans-ypu@mail.ru elektron poçt ünvanına göndərilməlidir;
- Müsabiqə 15 oktyabr 2012-ci il tarixədək davam edəcək.
- Müsabiqənin nəticəsi, yazılar Azərbaycan Gənclər və İdman Nazrliyinin, vətəndaş cəmiyyətininnümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 25 oktyabr 2012-ci tarixdə açıqlanacaq.
- Müsabiqənin qalibləri (I, II və III yerlər) mükafatlandırılacaq.
Əlaqə:
Tel: (012) 511 38 21 (ofis)
E-mail: rezonans-ypu@mail.ru

