Diqqət! Müsabiqə elan edilir

Untitled2

Untitled

qhtxeber.az//  “Rezonans” Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq məqsədi ilə məqalə müsabiqəsi elan edir. qhtxeber.az-a daxil olan məlumata görə, müsabiqənin şərtlərinə aşağıdakılar daxildir:

Məqalələr  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, Fəaliyyət Planında nəzərdə tutulmuş, ictimai şuraların fəaliyyətinin təşkil edilməsi,  gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsində iştirak etmək, bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək  və s. mövzularından birini əhatə etməli;

Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;

Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir:  “Bu  yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Rezonans”  Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.

Yalnız mətbuatda dərc olunmuş və ya  İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunubsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli,  məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı rezonans-ypu@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 10 dekabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 15 dekabr tarixdə açıqlanacaq.  Müsabiqənin qalibləri diplomla mükafatlandırılacaq.

Kiv kategorisine gönderildi

Şuranın dəstəklədiyi layihə çərçivəsində Qubada tədbir baş tutub

Untitled2Untitled

qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Quba şəhərində tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş olunub. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.

Kiv kategorisine gönderildi

“Rezonans” Şuranın dəstəklədiyi layihənin icrasını davam etdirir

Untitled2Untitledqhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Qusar rayonunda tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat verib. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.

Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında Qanun”un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək   ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilir.

Kiv kategorisine gönderildi

Şuranın dəstəklədiyi layihə çərçivəsində tədbirlər davam edir

Untitled2Untitled
qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində tədbirlər davam edir.

qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində Yasamal rayonunda tədbir  keçirilib. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.

Kiv kategorisine gönderildi