Obama bilyard oynadı

ABŞ prezidenti Barak Obama bilyard oynayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda fotonu Barak Obama Facebook sosial şəbəkəsində paylaşıb.

Göründüyü kimi, o, Denver şəhərində Kolorado ştatının qubernatoru Con Hickenlooperlə bilyard oynayır və kefinin kök olduğu sezilir. Ətrafda olan çox saylı jurnalistlər isə onların şəkillərini çəkirlər.

2 saat bundan öncə qoyulan fotonu artıq 110 minə yaxın insan bəyənib, 5 minə yaxın insan isə fotoya şərh yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın Facebook səhifəsinin 42 milyona yaxın istifadəçisi var.

7 boksçumuz 1/4 finala yüksəlib

7 boksçumuz 1/4 finala yüksəlib

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından ANS PRESS-ə daxil olan məlumata görə, Azərbaycan milli komandasının 7 üzvü ¼ finala vəsiqə qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili italiyalı Covanni Sarçiottonu 3:0 hesabı ilə məğlub edib. Həmyerlimiz növbəti mərhələdə fransalı Kristof Fataki Bobozo ilə görüşəcək.

Şükran Mehdiyev də (80+kq) ¼ finala yüksələnlər arasındadır. Boksçumuz Rumıniya təmsilçisi Nikola Birneta üzərində qələbə qazanıb – 3:0. Mehdiyevin növbəti rəqibi bolqarıstanlı Angel Angelov olacaq. Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) isə uduzaraq, mübarizəni dayandırıblar.

Bu gün Rüfət Hüseynov (57 kq), Ümid Rüstəmov (50 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) ¼ final mərhələsinin döyüşlərini keçirəcəklər. Sabah isə Tayfur Əliyev (52 kq), Hüseyn Tarverdili (70 kq) və Şükran Mehdiyev (80+kq) rinqə çıxacaqlar.

Mənbə
ANS PRESS

“Dördlər finalı” Bakıda keçiriləcək

“Dördlər finalı” Bakıda keçiriləcək

Avropa Voleybol Konfederasiyasının rəsmiləri azərbaycanlı həmkarlarıyla bir sıra məsələləri müzakirə ediblər

Paytaxtımızda qonaq olan Avropa Voleybol Konfederasiyasının Prezidenti və vitse prezidentlərinin işgüzar səfəri sona çatıb. Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, rəsmilər qısa müddət ərzində bir neçə rəsmi görüş keçirib və 2015-ci ildə “Avropa Oyunları”nın keçiriləcəyi meydançaları bir daha ziyarət ediblər.

Görüşlər əsasında qonaqlar bu gün ölkəmizdə voleybolun inkişafını yüksək qiymətləndirib və 5 komandamızın Avropa Kubokları yarışlarındakı inamlı çıxışlarından danışıblar.

2013-2014- cü illər mövsümündə “Dəniz Bank Çempionlar Liqası”nın “Dördlər Finalı”nın paytaxtımızda keçirilməsi mövzusu da görüş zamanı müzakirə olunub. Avropa Voleybol Konfederasiyasının prezidenti qeyd edib ki, bu gün Azərbaycan klublarının potensialı imkan verir ki, “Dördlər Finalı”məhz Bakıda keçirilsin.

Amma buna son olaraq qərarı həmişə olduğu kimi yenə də Avropa Voleybol Konfederasiyası verəcək.

Qeyd edək ki, 2011-2012-ci illərdə “Dördlər Finalı” paytaxtımızda keçirilib və Türkiyə klubu “Fənərbahçe” kubokun sahibi olub.

Mənbə
ANS PRESS

“The New York Times” Azərbaycandan yazdı

“The New York Times” Azərbaycandan yazdı

Məqalədə, Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğu qeyd edilir


Amerikanın məşhur “The New York Times” jurnalında Azərbaycan haqqında məqalə çap olunub. Bu barədə ANS PRESS Azərtaca istinadən xəbər verir.“Azərbaycan: gələcəyi inamla qarşılayan ölkə” başlığı ilə çap edilən məqalədə Azərbaycanın məqsədyönlü iqtisadi inkişafından danışılıb.

Məqalədə, Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğu qeyd edilir, ölkənin müasir mədəniyyətin və sivilizasiyanın yaranmasında, inkişafında və yayılmasına böyük tövhə verdiyi deyilir.

Müəllif, Azərbaycanın regionun aparıcı ölkəsi olub, Cənubi Qafqazın iqtisadiyyatında rolunun 80 faizdən yuxarı olduğunu qeyd edir. (anspress.com)