“Dördlər finalı” Bakıda keçiriləcək
Avropa Voleybol Konfederasiyasının rəsmiləri azərbaycanlı həmkarlarıyla bir sıra məsələləri müzakirə ediblər

Paytaxtımızda qonaq olan Avropa Voleybol Konfederasiyasının Prezidenti və vitse prezidentlərinin işgüzar səfəri sona çatıb. Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, rəsmilər qısa müddət ərzində bir neçə rəsmi görüş keçirib və 2015-ci ildə “Avropa Oyunları”nın keçiriləcəyi meydançaları bir daha ziyarət ediblər.
Görüşlər əsasında qonaqlar bu gün ölkəmizdə voleybolun inkişafını yüksək qiymətləndirib və 5 komandamızın Avropa Kubokları yarışlarındakı inamlı çıxışlarından danışıblar.
2013-2014- cü illər mövsümündə “Dəniz Bank Çempionlar Liqası”nın “Dördlər Finalı”nın paytaxtımızda keçirilməsi mövzusu da görüş zamanı müzakirə olunub. Avropa Voleybol Konfederasiyasının prezidenti qeyd edib ki, bu gün Azərbaycan klublarının potensialı imkan verir ki, “Dördlər Finalı”məhz Bakıda keçirilsin.
Amma buna son olaraq qərarı həmişə olduğu kimi yenə də Avropa Voleybol Konfederasiyası verəcək.
Qeyd edək ki, 2011-2012-ci illərdə “Dördlər Finalı” paytaxtımızda keçirilib və Türkiyə klubu “Fənərbahçe” kubokun sahibi olub.
Mənbə
ANS PRESS