“21-ci əsrin gəncliyi”-Layihə


“21-ci əsrin gəncliyi”-Layihə
rezonans2

“Rezonans” Gənclərin Ictimаi Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “21-ci əsrin gəncliyi: könüllülük hərəkatının genişləndirilməsi!” layihəsini həyata keçirir.

Layihənin məqsədi Azərbaycanın,  bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirməkdir. Eyni zamanda, könüllülük hərəkatını stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və s. inkişafını dəstəkləyən regional sistem formalaşdırmaq, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır.

Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab da çap ediləcək, Bakı, Gəncə, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək.

 

Kiv kategorisine gönderildi

Müsabiqəyə yekun vurulub


Müsabiqəyə yekun vurulub

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə  çərçivəsində elan olunmuş müsabiqə başa çatıb.Məlum olduğu kimi müsabiqə sentyabr ayının əvvələrində elan edilmiş oktyabrın 15-dək davam etmişdir. Jurnalistlər arasında keçirilmiş bu müsabiqəyə təqdim edilmiş 30-dan artıq məqalə (40-a yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunmuşdu. Oktyabr ayının 26-da müsabiqənin  nəticələri elan edilib. Bakı şəhərində “Central Park Hotelin” konfrans zalında təşkil olunmuş tədbirdə müsabiqənin qalibləri elan edilib, onlara diplom və mükafatlar təqdim olunub.

Müsabiqənin yekununa əsasən, ilk üç yeri Nigar Abdullayeva (“Palitra” qəzeti), Nərminə Əli (“Novosti-Azərbaycan”) və Cavid Əhmədli (“Eksperss” qəzeti) tutublar.

Qeyd etmək lazımdır ki, müsabiqənin nəticələrini gözlənildiyindən də uğurlu saymaq olar. İlk dəfədir ki, ölkədə KİB nümayəndələri hər hansı bir mövzu ilə əlaqədar müsaqbiqədə belə fəallıq nümayiş etdirib və kifayət qədər maraqlı məqalələrlə çıxış ediblər. Müsabiqə həm narkomaniya kimi bir problemin ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, bu bəlaya qarşı mübarizəni artırmaq baxımından, həm də jurnalistlərin özlərinin bu mövzu üzrə ixtisaslaşması, gələcəkdə problemlə bağlı  peşəkar  jurnalistlərlərin yetişməsi baxımından mühüm bir hadisə oldu.

 

Kiv kategorisine gönderildi

В БАКУ НАГРАЖДЕНЫ ЛАУРЕАТЫ КОНКУРСА ЗА ЛУЧШИЙ МАТЕРИАЛ О НАРКОМАНИИ

В БАКУ НАГРАЖДЕНЫ ЛАУРЕАТЫ КОНКУРСА ЗА ЛУЧШИЙ МАТЕРИАЛ О НАРКОМАНИИ

Азербайджанская молодежная организация Rezonans при поддержке Миинстерства молодежи и спорта Азербайджана подвела итоги конкурса, проводившегося среди журналистов с 15 сентября по 15 октября на лучший материал о наркомании.

Как сообщили Vesti.Az в организации, на соискание конкурса было представлено около 30 статей, опубликованных в различных печатных и электронных СМИ. Вчера в Баку состоялась церемония вручения лауреатам дипломов и премий. Это Нигяр Абдуллаева (газета «Palitra»), Нармина Али («Новости-Азербайджан») и Джавид Ахмедли (газета «Eksperss»).

Отметим, что этот конкурс привлек больший интерес прессы, чем предыдущие в таком роде.

Kiv kategorisine gönderildi

PRESS-RELIZ-3

Gencler_ve_idman_Nazirliyirezonans2

PRESS-RELIZ-3

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə  çərçivəsində elan olunmuş müsabiqə başa çatmışdır. Məlum olduğu kimi müsabiqə sentyabr ayının əvvələrində élan edilmiş oktyabrın 15-dək davam etmişdir. Jurnalistlər arasında keçirilmiş bu müsabiqəyə təqdim edilmiş 30-dan artıq məqalə (40-a yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunmuşdu. Oktyabr ayının 26-da müsabiqənin  nəticələri élan edilmişdir. Bakı şəhərində “Central Park Hotelin” konfrans zalında təşkil olunmuş tədbirdə müsabiqəinin qalibləri elan edilmişdir, onlara diplom və mükafatlar təqdim edilmişdir. Müsabiqənin qalibləri: Nigar Abdullayeva (“Palitra” qəzeti), Nərminə Əli (“Novosti-Azərbaycan”) və Cavid Əhmədli (“Eksperss” qəzeti)

  Qeyd etmək lazımdır ki, müsabiqənin nəticələrini gözlənildiyindən də uğurlu saymaq olar ki, belə ki, ilk dəfədir ki, ölkədə KİB nümayəndələri hər hansı bir mövzu ilə əlaqədar müsaqbiqədə belə fəallıq nümayiş etdirmiş və kifayət qədər maraqlı məqalələrlə çıxış etmişlər. Müsabiqə həm narkomaniya kimi bir problemin ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, bu bəlaya qarşı mübarizəni artırmaq baxımından, həm də jurnalistlərin özlərinin bu mövzu üzrə ixtisaslaşması, gələcəkdə problemlə bağlı  peşəkar jurnalistlərlərin yetişməsi baxımından mühüm bir hadisə oldu.

Kiv kategorisine gönderildi