“21-ci əsrin gəncliyi”-Layihə


“21-ci əsrin gəncliyi”-Layihə
rezonans2

“Rezonans” Gənclərin Ictimаi Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “21-ci əsrin gəncliyi: könüllülük hərəkatının genişləndirilməsi!” layihəsini həyata keçirir.

Layihənin məqsədi Azərbaycanın,  bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirməkdir. Eyni zamanda, könüllülük hərəkatını stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və s. inkişafını dəstəkləyən regional sistem formalaşdırmaq, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır.

Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab da çap ediləcək, Bakı, Gəncə, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək.