Azərbaycanda narkomaniya niyə artır?.. – AKTUAL


Azərbaycanda narkomaniya niyə artır?.. – AKTUAL

Səbəblər müxtəlifdir

Narkotik vasitələrdən Azərbaycanda ta qədim əyyamlardan üzü bəri daim istifadə olunub. Ancaq necə, hansı məqsədlə, bu tamam başqa məsələdir, yəni son 20 il ilə müqayisədə.
Yaşlı adamlar danışırlar ki, qədim zamanlarda, eləcə də sovet dönəmində kənd yerlərində yaşayan ailələrin bir çoxlarının evlərində az miqdarda tiryək saxlanılarmış ki, bundan da müalicə məqsədilə istifadə olunarmış. Belə ki, ara həkimləri bu maddə vasitəsilə qarın ağrısı, diş xəstəlikləri kimi ağrıların qarşısını alarlarmış. Hətta çox ağlayan, kiriməyən körpələrə tiryəkdən hazırlanmış az faizli “xuyyar” adlanan maye verilirmiş ki, bu da onlara möhkəm yuxu gətirərmiş. Əslən bərdəli 95 yaşlı Rəbiyyə arvad nəql edir ki, bu gün xərçəng kimi adlandırılan xəstəlikdən o dövrlərdə əziyyət çəkən xəstələrə də tiryək verilərmiş. Bu da onlarda baş qaldıran dəhşətli ağrıları yüngülləşdirərmiş. Bir sözlə, qədim zamanlarda, yola saldığımız XX əsrin 70-ci illərinə kimi tiryək kimi tanınan narkotik maddədən əsasən ağrıkəsici kimi istifadə edilər, varlı, imkanlı adamlar isə yaxşı yeyib-içdikdən sonra anaşa çəkərək xumalanarmışlar. Onu da əsasən yaşlı adamlar, özü də hər gün yox. Okumaya devam et →

Kiv kategorisine gönderildi