Genefondumuza vurulan zərbə

Genefondumuza vurulan zərbə

Narkotikaya aludəçilik alışqanlığa gətirib çıxarır

Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar Orta əsrlərdə təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazma və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunub.
Okumaya devam et →

Kiv kategorisine gönderildi

Bəşəriyyət “ağ ölüm”ün ağuşunda Azərbaycanda 26716 nəfər narkoman var


Bəşəriyyət “ağ ölüm”ün ağuşunda
Azərbaycanda 26716 nəfər narkoman var

Bu gün bəşəriyyəti rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrümüzdə də aktualdır. İnsan orqanizminə, səhhətinə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran, ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik günümüzün ən xoşagəlməz vərdişi kimi qəbul edilməkdədir.
Okumaya devam et →
Kiv kategorisine gönderildi

“Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir”


“Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir”

Əhməd Abbasbəyli: “İnsanlar narkomaniyanın ailələri necə dağıtdığını yaxşı bilirlər”
– Bu gun, bütün bəşəriyyət narahatdır. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi çox təhlükəli xarakter və miqyas alıb. Elə bir ölkə yoxdur ki, orada gənclər narkotik maddələrin istifadəsindən əziyyət çəkməsin. Bir sıra ölkələrdə bu problem hətta, cəmiyyətin məhvi səviyyəsində təsirini göstərən faktora çevrilib. Hüquq-mühafizə orqanları nə qədər ciddi mübarizə aparsalar da, dünyanı ağuşuna almış “ağ ölümün” qarşısını tam ala bilmirlər. Əslində bu problemin belə vasitələrlə qarşısının alınması mümkün də deyil. Çünki araşdırmalardan göründüyü kimi narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətdə sosial mühitin törətdiyi ruhi pozuntudur.  Okumaya devam et →
Kiv kategorisine gönderildi