“21-ci Əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!” layihəsi keçirilir


“21-ci Əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!” layihəsi keçirilir

«Rezonans» Gənclər İctimаi Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “21-ci Əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!”  layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını inkişaf etdirmək, könüllülük hərəkatını stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi  inkişafını dəstəkləyən regional sistem formalaşdırmaqdır.

Gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəldilməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına nail olmaq, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaq layihənin prioritet hədəflərindəndir. Layihə çərçivəsində Gəncə və Şirvan şəhərlərində mövzu ilə əlaqədar tədbirlər keçirilib. Növbəti tədbir isə oktyabr ayının 26-da, Bakıda “Central-Park Hotelin” konfrans zalında baş tutub. Konfransda mövzu ilə əlaqədar məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.