![]()
Təmənnasız kömək – insanlığın yeganə təzahürüdür
![]()
«Rezonans» Gənclərin Ictimаi Birliyin 2013-cü il yanvar ayından etibarən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Təmənnasız kömək – insanlığın yeganə təzahürüdür!” Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi proqramı” layihəsini həyata keçirir. Layihənin məqsədləri Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, könüllülük hərəkatının stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və sair inkişafını dəstəkləyən regional sistem foralaşdırmaq, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır. Layihə çərçivəsində mövzu əlaqədar kitab çap verilib. Layihənin icra planına uyğun olaraq bu günədək Gəncə, Xaçmaz və Masallı şəhərlərində tədbirlər keçirilib. Region gənclərinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Ümumilikədə layihə Bakı, Gəncə, Xaçmaz, Şirvan, Masallı şəhərlərini əhatə edəcək.