Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nigаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı

agfrezonans2

PRESS-RELIZ-3

«Rezonans» Gənclərin Ictimаi Birliyi Azərbaycan  Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə  “Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nigаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsini həyata keşirir. Layihə çərçivəsində növbəti tədbir  oktyabr  ayının 14-də Yevlax rayonunda  keçirilmişdir. Rayon ictimaiyyətinin, o cümlədən gənclərin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.   Məlimat verildiyi kimi bu layihənin məqsədi Azərbaycanın regionalarında еrкən və yахın qоhumlаrlа nigаhlаr bağlı vəziyyəti araşdırmaq, bu prоblеmi aradan qaldırılması üçün tədbirlər həyata keçirmək, yerlərdə vətəndaşlara, xüsusilə gənclərə dəstək olmaq, onların maarifləndidrilməsi və hüquqlarının  müdafiəsi üçün fəaliyyət həyata keçirməkdir.  Layihə çərçivəsində mövzu əlaqədar çap edilmiş buklet iştirakçılar arasında paylanmışdır

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERAOLYMPUS DIGITAL CAMERA