“Rezonans” yeni layihəyə start verir

azd

“Rezonans” yeni layihəyə start verir

Samir Soltanov/AZADİNFORM. “Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin seçkilərdə fəallığının artırılması məqsədi ilə təşviqat kampaniyasının aparılması” layihəsinə start verir. 

AZADİNFORM  xəbər verir ki, layihənin məqsədi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin, ölkənin siyasi həyatında mühüm hadisə olan bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. Təşkilatdan bildirilib ki, bu il minlərlə gənc ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ əldə edirlər: “Həmin gəncləri də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq, ümumiyyətlə, bu siyasi prosesi onların həyatında əlamətdar, yaddaqalan günə çevirmək missiyasını məhz bu layihə vasitəsi ilə həyat keçirmək niyyətindəyik ”. 

Layihə çərçivəsində xüsusi sosial çarxlar hazırlanacaq. Həmin çarxlar televiziya kanalları vasitəsi nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə seçkilər barədə məlumatlar veriləcək. Digər tərəfdən ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.