
“Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Onları unutmayaq ki, sabahımıza zəfər tarixi yazaq!” layihəsini həyata keçirir
Layihə çərçivəsində növbəti tədbir oktyabr ayının 5-də Şirvan şəhərində keçirilib. Layihənin məqsədi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmaq, keçmiş hərbçilərin, еhtiyаtdа оlаn zаbitləri, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması, bu prosesdə gənclərin fəallığının artırılması və veteranlarla gənclərin ünsiyyətinə şəraitin yaradılması, bu fəaliyyətin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsidir. Dövlət orqanlarının, bələdiyyələrin, ictimai təşkilatların, gənclər təçkilatlarının, təhsil müəsissələrinin əməkdaşlarının, müharibə veteranlarının və ictimai fəal insanların iştirakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə mövzu ilə əlaqədar müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılıb, cəmiyyətimizdə bu sahədə uğurlar əldə edilməsi üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılıb. Tədbirdə layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş etdirilib. Layihə çərçivəsində mövzu əlaqədar çap edilmiş bukletlər və CD dövlət orqanlarına təqdim edilib və iştirakçılar arasında paylanıb.