Jurnalistlər uçun musabiqə

gff“Rezonans”  Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq məqəsdi ilə məqalə müsabiqəsi elan edir:

Müsabiqənin şərtləri:
• Məqalələr  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, Fəaliyyət Planında nəzərdə tutulmuş, ictimai şuraların fəaliyyətinin təşkil edilməsi,  gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keşirilməsində iştirak etmək,  bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək  və s. mövzularından birini əhatə etməli;
• Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır;
• Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir:  “Bu  yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Rezonans”  Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
• Yalnız mətbuatda dərc olunmuş və ya  İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli,  məqalə  İnternet  media portalında yerləşdirilibsə,  həmin portalın adı və əlaqədar linkin  tam  adı rezonans-ypu@mail.ru  elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 10 dekabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 15 dekabr tarixdə açıqlanacaq.  Müsabiqənin qalibləri diplomla mükafatlandırılacaq.