Gənclərin sosial reabilitasiyası gücləndirilir

«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sosial reabilitasiyası” layihəsi çərçivəsində 20 dekabr tarixində Şirvan şəhərində tədbir keçirilib. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu saədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanmış və kitabxanayaa hədiyyə edilmişdir.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiamətində fəaliyyət həyata keçiriləcək.