
Jurnalistlər arasında müsabiqə keçirilir
“ Rezonans” Gənclərin İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə üzrə məqalə müsabiqəsi keçirir. “OLAYLAR”-a daxil olan məlumata görə, məqalələr Azərbaycanda narkomaniya, onun fəsadlarə və ona qarşı aparılan mübarizə- mövzularından birini əhatə etməlidir. Müsabiqə oktyabrın 15-dək davam edəcək. Müsabiqənin nəticəsi isə oktyabrın 25-də elan olunacaq. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.