“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə « Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə » layihəsini həyata keçirir.

 

     “Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə  « Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə » layihəsini həyata keçirir.     .

   01 Aprel 2025-ci il tarixdən etibarən «“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə  «Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə» layihəsini həyata keçirir.   Lahiyə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.

   Layihənin məqsədi məhz məhkum gənclərin rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə özünün və müəyyən dərəcədə də ailə üzvlərinin maddi təminatını ödəmək, əmək vətdişlərinə yiyələnmək, sosiollaşma və peşə hazırlığı  kimi məsələlərin həllində, beləliklə də onun reabilitasiyası və gələcəkdə də adaptasiyasını şərtləndirmək və bu proseslərin müxtəlif rəqəmsal platformalarda yaymaqdır.

   Bu layihə çərçivəsində ilk tədbir 23.05.2025-ci il tarxində 6 saylı cəzaçəkmə müəssisəsində (CÇM) baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, 6 saylı Cəzaçəkmə Müəssisəsi təlim-tərbiyə işləri üzrə müavini, polkovnik-leytenant Nurlan Mirzəyev,  Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məsul şəxsləri və s. iştirak etmişlər. Tədbirdə açılış nitqi ilə çıxış edən   Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri O. Qəhrəmanzadə Fondun fəaliyyəti, missiyası, həyat keçirilən layihələr barədə məlumat vermişdir. Həmçinin digər natiqlər də 6 saylı CŞM-nin rəis müavini N. Mirzəyev, və “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbabsəyli çıxış edərək, layihənin mahiyyəti, onun bir innovativ təşəbbüs olaraq gənclərin, xüsusilə risk qrupuna aid olanların tərbiyəsində  əhəmiyyətindən və bu fəaliyyətin davamlı olması vacibliyindən danışmışlar. Sonra, layihənin eksperti Əhməd Abbasbəyli  «Məhkum gənclərin reabilitasiyası prosesində əməyə cəlb edilmə, peşə hazırlığı ilə bağlı fəaliyyətin rolu: Qanunvericiliyin tələbləri» mövzusunda ətraflı məlumat vermişdir. Tədbrirn sonunda məhkumların mövzu ilə bağlı fikirləri dinlənilmiş və çoxsaylı sulları cavablandırlmışdır.

***