Gənclər üçün regionlarda İKT təlimləri keçirilir

Gənclər üçün regionlarda İKT təlimləri keçirilir
«Rezonans» Gənclərin İctimаi Birliyi sentyabr  ayından  “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi:

region gənclərinin ən müasir texniki  resurslardan istifadə imkanlarının artırılması” layihəsini həyata keçirir. Layihənin məqsədləri Azərbaycanın,  bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda  regionlarda yeni informasiya texnologiyalarından istifadə vərdişli gənclərin sayını artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyinin artırılmasına yardım etməkdir.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirilir. «Rezonans»dan saytımıza bildirilib ki, artıq fəaliyyətin tərkibində gənclər üçün təlim modulları (broşüra) hazırlanıb.   Ümumilikdə  layihə yüzlərlə gənci əhatə edəcək.

Kiv kategorisine gönderildi

“Rezonans” еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеmini araşdırır

avropa

“Rezonans” еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеmini araşdırır
“Rezonans” Gənclərin Ictimаi Birliyinin Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə “Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsini həyata keşirir. 

Avropa.com xəbər verir ki, layihənin məqsədi Azərbaycanın regionalarında еrкən və yахın qоhumlаrlа nigаhlаrla bağlı vəziyyəti araşdırmaq, bu prоblеmin aradan qaldırılması üçün tədbirlər həyata keçirməkdir. Eyni zamanda, yerlərdə vətəndaşlara, xüsusilə gənclərə dəstək olmaq, onaların maarifləndidrilməsi və hüquqlarının  müdafiəsi üçün səmərəli fəaliyyət göstərməkdir. 

Layihə çərçivəsində mövzu əlaqədar bukletlər çap ediləcək, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək.

Kiv kategorisine gönderildi

“Rezonans” yeni layihəyə start verir

azd

“Rezonans” yeni layihəyə start verir

Samir Soltanov/AZADİNFORM. “Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin seçkilərdə fəallığının artırılması məqsədi ilə təşviqat kampaniyasının aparılması” layihəsinə start verir. 

AZADİNFORM  xəbər verir ki, layihənin məqsədi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin, ölkənin siyasi həyatında mühüm hadisə olan bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. Təşkilatdan bildirilib ki, bu il minlərlə gənc ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ əldə edirlər: “Həmin gəncləri də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq, ümumiyyətlə, bu siyasi prosesi onların həyatında əlamətdar, yaddaqalan günə çevirmək missiyasını məhz bu layihə vasitəsi ilə həyat keçirmək niyyətindəyik ”. 

Layihə çərçivəsində xüsusi sosial çarxlar hazırlanacaq. Həmin çarxlar televiziya kanalları vasitəsi nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə seçkilər barədə məlumatlar veriləcək. Digər tərəfdən ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.

 

Kiv kategorisine gönderildi

“Rezonans”ın layihəsi davam edir

avropa

“Rezonans”ın layihəsi davam edir

rezonans2

“Rezonans” Gənclərin Ictimаi Birliyi 2013-cü ilin sentyabr ayından start verdiyi “Ölkədə IKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini davam etdirir. 

Avropa.com-nun məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi respublikamızın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda, regionlarda yeni informasiya texnoloğiyalarından istifadə vərdişli gənclərin sayının artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səməərəliliyinin artırılmasına yardım etməkdir. 

Layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirlir. Fəaliyyətin tərkibində gənclər üçün təlim modullarının (broşüra) hazırlanmışdır. 
Ümimilikdə layihə yüzlərlə gənci əhatə edəcək.  


Kiv kategorisine gönderildi