Şura seçkilərdə fəallığının artırılması məqsədilə sosial çarxların hazırlanmasını dəstəkləyir
Seçki ilə bağlı sosial çarxlar hazırlanacaq

Seçki ilə bağlı sosial çarxlar hazırlanacaq
“Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin seçkilərdə fəallığının artırlması məqsədi ilə təşviqat kampaniyasının aparılması (sosial çarxların hazırlanması)” layihəsinə start verir. Layihənin məqsədi 2013-cü il oktyabırın 9-da keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin, ölkənin siyasi həyatında mühüm hadisə olan bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. “Digər tərəfədən bu il minlərlə gənc ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ əldə edirlər. Həmin gəncləri də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq, ümumiyyətlə, bu siyasi prosesi onların həyatında əlamətdar, yaddaqalan günə çevirmək missiyasını məhz bu layihə vasitəsi ilə həyat keçirmək niyyətindəyik”- deyə təşkilatdan qəzetimizə bildirilib.
Layihə çərçivəsində xüsusi sosial çarxlar hazırlanacaq. Həmin çarxlar televiziya kanalları vasitəsi nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə seçkilər barədə məlumatlar veriləcək, onların seçkilərə cəlb edilməsi, fəal iştirakına nail olmaq üçün təşviqat aparılacaq. Digər tərəfdən seçki hüquqi əldə etmiş və ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.
Regionalarda еrkən nikаhlаrla bağlı vəziyyət araşdırılacaq

Regionalarda еrkən nikаhlаrla bağlı vəziyyət araşdırılacaq
Layihə çərçivəsində mövzu ilə bağlı buklet çap ediləcək, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək
“Rezonans” Gənclər İctimаi Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Rеgiоnlаrdа еrkən və yахın qоhumlаrlа nikаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsini həyata keçirir. Birlikdən BayMedia-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın regionalarında еrkən və yахın qоhumlаrlа nikаhlаrla bağlı vəziyyəti araşdırmaq, bu prоblеmin aradan qaldırılması üçün tədbirlər həyata keçirmək, yerlərdə vətəndaşlara, xüsusilə gənclərə dəstək olmaq, onların maarifləndirilməsi və hüquqlarının müdafiəsi üçün fəaliyyət həyata keçirməkdir. Layihə çərçivəsində mövzu ilə bağlı buklet çap ediləcək, Yevlax, Şirvan və Masallı şəhərlərində tədbirlər həyata keçiriləcək.
