Şuranın dəstəklədiyi layihə çərçivəsində tədbirlər davam edir

Untitled2Untitled
qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində tədbirlər davam edir.

qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində Yasamal rayonunda tədbir  keçirilib. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.