Şuranın dəstəklədiyi layihə çərçivəsində Qubada tədbir baş tutub

Untitled2Untitled

qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Quba şəhərində tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış video-çarx nümayiş olunub. Həmçinin CD və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.