
Müsabiqəyə yekun vurulub

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqə başa çatıb.Məlum olduğu kimi müsabiqə sentyabr ayının əvvələrində elan edilmiş oktyabrın 15-dək davam etmişdir. Jurnalistlər arasında keçirilmiş bu müsabiqəyə təqdim edilmiş 30-dan artıq məqalə (40-a yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunmuşdu. Oktyabr ayının 26-da müsabiqənin nəticələri elan edilib. Bakı şəhərində “Central Park Hotelin” konfrans zalında təşkil olunmuş tədbirdə müsabiqənin qalibləri elan edilib, onlara diplom və mükafatlar təqdim olunub.
Müsabiqənin yekununa əsasən, ilk üç yeri Nigar Abdullayeva (“Palitra” qəzeti), Nərminə Əli (“Novosti-Azərbaycan”) və Cavid Əhmədli (“Eksperss” qəzeti) tutublar.
Qeyd etmək lazımdır ki, müsabiqənin nəticələrini gözlənildiyindən də uğurlu saymaq olar. İlk dəfədir ki, ölkədə KİB nümayəndələri hər hansı bir mövzu ilə əlaqədar müsaqbiqədə belə fəallıq nümayiş etdirib və kifayət qədər maraqlı məqalələrlə çıxış ediblər. Müsabiqə həm narkomaniya kimi bir problemin ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, bu bəlaya qarşı mübarizəni artırmaq baxımından, həm də jurnalistlərin özlərinin bu mövzu üzrə ixtisaslaşması, gələcəkdə problemlə bağlı peşəkar jurnalistlərlərin yetişməsi baxımından mühüm bir hadisə oldu.