“Rezonans” yeni layihəyə start verir

azd

“Rezonans” yeni layihəyə start verir

Samir Soltanov/AZADİNFORM. “Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin seçkilərdə fəallığının artırılması məqsədi ilə təşviqat kampaniyasının aparılması” layihəsinə start verir. 

AZADİNFORM  xəbər verir ki, layihənin məqsədi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin, ölkənin siyasi həyatında mühüm hadisə olan bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. Təşkilatdan bildirilib ki, bu il minlərlə gənc ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ əldə edirlər: “Həmin gəncləri də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq, ümumiyyətlə, bu siyasi prosesi onların həyatında əlamətdar, yaddaqalan günə çevirmək missiyasını məhz bu layihə vasitəsi ilə həyat keçirmək niyyətindəyik ”. 

Layihə çərçivəsində xüsusi sosial çarxlar hazırlanacaq. Həmin çarxlar televiziya kanalları vasitəsi nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə seçkilər barədə məlumatlar veriləcək. Digər tərəfdən ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.

 

Kiv kategorisine gönderildi

“Rezonans”ın layihəsi davam edir

avropa

“Rezonans”ın layihəsi davam edir

rezonans2

“Rezonans” Gənclərin Ictimаi Birliyi 2013-cü ilin sentyabr ayından start verdiyi “Ölkədə IKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini davam etdirir. 

Avropa.com-nun məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi respublikamızın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda, regionlarda yeni informasiya texnoloğiyalarından istifadə vərdişli gənclərin sayının artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səməərəliliyinin artırılmasına yardım etməkdir. 

Layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirlir. Fəaliyyətin tərkibində gənclər üçün təlim modullarının (broşüra) hazırlanmışdır. 
Ümimilikdə layihə yüzlərlə gənci əhatə edəcək.  


Kiv kategorisine gönderildi

Şura seçkilərdə fəallığının artırılması məqsədilə sosial çarxların hazırlanmasını dəstəkləyir

qhtxeber.az//  “Rezonans” Gənclərin İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə  “Gənclərin seçkilərdə fəallığının artırılması məqsədi ilə təşviqat kampaniyasının aparılması (sosial çarxların hazırlanması)” layihəsinə start verir.
qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. Digər tərəfdən, bu il ilk dəfə səs verəcək minlərlə gənci də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq əsas məsələlərdəndir. Ümumiyyətlə, bu siyasi prosesi gənclərin həyatında ələmətdar, yaddaqalan günə çevirmək missiyasını bu layihə vasitəsi ilə həyata keçiriləcək.
Layihədə xüsusi hazırlanmış sosial çarxlardan istifadə olunacaq və həmin çarxlar televiziya kanalları vasitəsi ilə nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə prezident seçkiləri barədə məlumatlar veriləcək, onların seçkilərə cəlb edilməsi və fəal iştirakına nail olmaq üçün təşviqat aparılacaq.
Qeyd edək ki, bu tədbirlər vasitəsi ilə minlərlə gəncə təsir etməklə yanaşı, digər tərəfdən seçki hüquqi əldə etmiş və ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.

 

Kiv kategorisine gönderildi