Kategori arşivi: Kiv
Bəşəriyyətin bəlası

Bəşəriyyətin bəlası

Cəmiyyətdə, xüsusilə, yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün maarifləndirmə və təbliğat işlərinə diqqət yetirilməlidir
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrin də ardıcıl qlobal problemləri sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Amma bütün halarda bu bəlaya qurşananların dəqiq sayını məlum etmək qeyri-mümkündür. Həyəcan doğuran bu rəqəm problemin getdikcə daha kəskin şəkil almasına dəlalət edir. Və bu statistikanı geriyə çevirmək üçün qlobal bir layihə hazırlanmalıdır. Konkret olaraq desək narkomaniya artıq ümumibəşəri poroblemə çevirlib. Buna bəşəriyyətin bəlası da demək olar… Okumaya devam et
Sumqayıtda narkotik biznesindən qazanılan pullar-ARAŞDIRMA

Qara talelər və ya ağ ölüm
49 milyon 982 min manat
Sumqayıtda narkotik biznesindən bir il ərzində əldə olunan gəlirin həcmi təxminən bu qədərdir
Görülən tədbirlərə baxmayaraq şəhərdə narkomaniyanın genişlənməsinin qarşısını niyə almaq mümkün olmur?
“Bunu dostlarım məsləhət gördü. Onda 21 yaşım var idi. İşsiz-gücsüz idim, ancaq məhəllədə vaxt keçirirdik. Öncə tiryəkin dadına baxdım, sonra yeni nələrsə istəməyə başladım. Beləliklə, heroin istifadəçisinə çevrildim. Artıq 10 ildir ki, narkotikdən istifadə edirəm. İndi istifadə etmək istəməsəm də, artıq bu, məndən asılı deyil, məcburam” – deyə bu yaxınlarda narkotik istifadəçisi bizimlə söhbətində etiraf etmişdi.
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə narkomaniyanın genişlənməsi xüsusilə son illərdə narahatlıq doğuracaq səviyyədədir. Ölkə üzrə qeydiyyatda olan narkomanların sayı ilin 7-ci ayının məlumatına görə, 26717 nəfərdir. Ancaq mütəxəssislər tərəfindən etiraf olunur ki, reallıq bu rəqəmin ən azı 5 qatı ilə ifadə oluna bilər. Okumaya devam et

