
Təmənnasız kömək – insanlığın yeganə təzahürüdür-Layihə

«Rezonans» Gənclərin İctimаi Birliyi 2013-cü ilin yanvar ayından etibarən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Təmənnasız kömək – insanlığın yeganə təzahürüdür! Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi proqramı” layihəsini həyata keşirir. Layihənin məqsədi Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, könüllülük hərəkatının stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və s. inkişafını dəstəkləyən regional sistem formalaşdırmaqdır. Eyni zamanda, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır. Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab çap ediləcək.
Layihənin icra planına uyğun olaraq bu günədək Gəncə, Xaçmaz və Masallı şəhərlərində tədbirlər keçirilmişdir. Region gənclərinin iştirakı ilə keçirilən tədbirlərdə mövzu ilə əlaqədar məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Ümimilikdə layihə Bakı, Gəncə, Xaçmaz, Şirvan, Masallı şəhərlərini əhatə edir.