Gənclər könüllülük fəaliyyətinə cəlb ediləcək


Gənclər könüllülük fəaliyyətinə cəlb ediləcək
rezonans2
«Rezonans» Gənclərin İctimai Birliyinin 2013-cü il yanvar ayından etibarən, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Təmənnasız kömək – insanlığın yeganə təzahürüdür!” Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi proqramı” layihəsini həyata keçirir. Layihənin məqsədləri Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, könüllülük hərəkatını stimullaşdırmaq, gənclərin intellektual, fiziki, mənəvi-əxlaqi və sair inkişafını dəstəkləyən regional sistem foralaşdırmaq, gələcəkdə gənclərin həyat keyfiyyətinin yüksəlməsi üçün sosial-iqtisadi şəraitin yaradılmasına, onları zərərli vərdişlərdən, təhlükələrdən maksimum mühafizə etmək üçün birgə fəaliyyət sistemi hazırlamaqdır. Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab çapa verilib. Layihənin icra planına uyğun olaraq bu günədək Gəncə, Xaçmaz və Masallı şəhərlərində tədbirlər keçirilib. Region gənclərinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Ümumilikdə layihə Bakı, Gəncə, Xaçmaz, Şirvan, Masallı şəhərlərini əhatə edəcək.