Region gənclərinin İKT-dən istifadə imkanları stimullaşdırılır

Region gənclərinin İKT-dən istifadə imkanları stimullaşdırılır

«Rezonans» Gənclərin İctimаi Birliyi sentyabr ayından “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarının artırılması” layihəsini həyata keçirir

Təşkilatdan BayMedia-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda regionlarda yeni informasiya texnologiyalarından istifadə vərdişli gənclərin sayını artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyinin artırılmasına yardım etməkdir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirilir. Artıq fəaliyyətin tərkibində gənclər üçün təlim modulları (broşüra) hazırlanıb. Ümumilikdə, layihə yüzlərlə gənci əhatə edəcək.