Region gənclərinin İKT-dən istifadə imkanlarının artırılması

Gencler_ve_idman_Nazirliyi


“Rezonan” Gənclərin Ictimаi Birliyi 2013-cü il sentyabr ayından etibarən, Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ölkədə IKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki  resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi gənclərin bu sahədə olan potensialını üzə çıxarıb,  inkşaf etdirməkdir. Eyni zamanda regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etmək, regionlarda yeni informasiya texnologiyalarından istifadə sayını artırmaq, bu sahədə məlumatlı olan gənclərin öz fəaliyyətlərində İKT-dən istifadələrini stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyini artırmaq layihənin əsas istiqamətlərindəndir.

 Layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçiriləcək. Fəaliyyətin tərkibinə gənclər üçün təlim modullarının  hazırlanması da daxildir.