Gənclər üçün təlim modulları hazırlanıb

“Rezonans” Gənclərin İctimаi Birliyi “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini davam etdirir.
qhtxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi respublikamızın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir.
Eyni zamanda, regionlarda yeni informasiya texnologiyalarından istifadə etməyi bacaran gənclərin sayını artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyinin artırılmasına yardım etməkdir.
Qeyd edək ki, layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirlir. Fəaliyyətin tərkibində gənclər üçün təlim modulları (broşüra) hazırlanıb. Ümimilikdə, layihə yüzlərlə gənci əhatə edəcək.
