«Rezonans»ın layihəsi davam edir

«Rezonans»ın layihəsi davam edir

 «Rezonans» Gənclərin Ictimаi Birliyi 2013-cü ilin sentyabr  ayından start verdiyi “Ölkədə IKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki  resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini davam etdirir.

Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi respublikamızın,  bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda, regionlarda yeni informasiya texnoloğiyalarından istifadə vərdişli gənclərin sayının artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səməərəliliyinin artırılmasına yardım etməkdir.

Layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirlir. Fəaliyyətin tərkibində gənclər üçün təlim modullarının (broşüra) hazırlanmışdır.
Ümumilikdə  layihə yüzlərlə gənci əhatə edəcək.