QHT jurnalistlər üçün məqalə müsabiqəsi elan edilib
“Rezonans” Gənclərin İctimai Birliyi jurnalistlər arasında məqalə müsabiqəsi elan edir.
Müsabiqə ölkəmizdə narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə üzrə keçiriləcək(gun.az).
Müsabiqənin şərtlərinə əsasən məqalələr Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə mövzularından birini əhatə etməlidir.
Belə ki, qoyulan mövzularda cəmiyyəti narahat edən narkomaniya ilə əlaqədar məsələlərə işıq salınmalıdır.
Həmçinin yalnız mətbuatda dərc olunan və ya İnternet media portallarında yerləşdirilən məqalələr müsabiqəyə təqdim oluna biləcək.
Belə ki, məqalə mətbuat orqanında dərc olunubsa, həmin orqanın və məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməlidir. Məqalə İnternet media portalında yerləşdirilibsə həmin portalın adı və əlaqədar linkin tam adırezonans-ypu@mail.ru elektron poçt ünvanına göndərilməlidir.
Qeyd edək ki, müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda bu məlumatları qeyd etmək mütləqdir:
“Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin mənəvi və fiziki sağlamlığının qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
Onu da qeyd edək ki, müsabiqə oktyabrın 15-dək davam edəcək. Daha sonra müsabiqənin nəticəsi Gənclər və İdman Nazirliyinin, vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra oktyabrın 25-də açıqlanacaq.
Müsabiqənin qalibləri isə (I, II və III yerlər) mükafatlandırılacaq.