xeberle.com

 


Jurnalistlər üçün müsabiqə

Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyi jurnalistlər arasında məqalə müsabiqəsi elan edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Xəbərlə” xəbər portalına verilən məlumata görə, məqalələr Azərbaycan narkomaniya, onun fəsadlarə və ona qarşı aparılan mübarizə mövzularından birini əhatə etməli, cəmiyyəti narahat edən narkomaniya ilə əlaqədar məsələlərə işıq salmalıdır. Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibəti əks etdirilməli, araşdırmalar və s. arzu olunandır.

Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumatların qeyd olunması mütləqdir. Bu yazı “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin mənəvi və fiziki sağlamlığının qorunması üçün ictimai təşkilatlarla KİV-in birgə fəaliyyət proqramı” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir. Yalnız mətbuatda dərc olunmuş, internet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməli, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı rezonans-ypu@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə 15 oktyabr tarixədək davam edəcək. Müsabiqənin nəticəsi, yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin, vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 25 oktyabr tarixdə açıqlanacaq. Müsabiqənin qalibləri (I, II və III yerlər) mükafatlandırılacaq.